Prayk

Baş mühasib

2 000 ₼
Yoxlanılıb3 gün əvvəl
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
4
Nömrə
№4096542

Təsvir

HİMALAY GROUP logistika və texnika xidmətləri istiqamətində mühasibat uçotunun təşkili və maliyyə hesabatlarının hazırlanmasına rəhbərlik edəcək təcrübəli Baş mühasib axtarır. Vəzifə öhdəlikləri Mühasibat uçotunu qanunvericiliyə uyğun təşkil etmək, maliyyə əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək; Əməkhaqqı və digər ödənişlərin hesablanmasına nəzarət etmək; Debitor və kreditor borclarının uçotunu və üzləşmələrini aparmaq, borcların yaşlandırılması üzrə hesabatları təhlil etmək; ƏDV, mənfəət vergisi, ÖMV, DSMF və digər məcburi hesabatları düzgün və vaxtında hazırlayıb təqdim etmək; Vergi orqanları ilə yazışmaları aparmaq, uyğunsuzluqlarla bağlı sorğuları araşdırmaq və cavablandırmaq; Rəhbərliyə aylıq mənfəət və zərər, maliyyə vəziyyəti hesabatlarını, həmçinin həftəlik pul vəsaitlərinin hərəkəti barədə məlumatı təqdim etmək; Gəlirlərin, o cümlədən Forma 2 ilə təsdiqlənən iş və xidmətlər üzrə gəlirlərin düzgün dövrdə tanınmasına nəzarət etmək; Texnikalar üzrə xərclərin düzgün bölüşdürülməsini və uçotda əks etdirilməsini təmin etmək; Ana şirkət, qrupdaxili şirkətlər və kənar tərəflərlə qarşılıqlı hesablaşmalara nəzarət etmək; Xərclərin optimallaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq, rəhbərliyə təkliflər vermək. Namizədə tələblər Aparıcı mühasib və ya baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi; Logistika və texnika xidmətləri sahəsində mühasibatlıq təcrübəsi; Peşəkar Mühasib Sertifikatı (PMS); Vergi uçotu, audit və maliyyə riskləri üzrə biliklər; Excel üzrə yüksək səviyyədə bilik və 1C 8.3 proqramında işləmək bacarığı; Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət; Rus dili biliyi və data analitikası üzrə biliklər üstünlükdür. İş şərtləri 2 000 AZN-dən başlayan əməkhaqqı; Şirkətə məxsus ERP proqramında işləmək üçün təlim. Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 2000 AZN Son müraciət tarixi: 07.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Himalay Group jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Mühasib
Razılaşma yolu ilə

Mühasib


Dünən 17:56
Mühasib — Bakı
Razılaşma yolu ilə

Mühasib


Bakı08.10.2026