
Bakı3
Baş mühasib
Baş mühasib
2 000 ₼
Yoxlanılıb3 gün əvvəl
Təsvir
Vəzifə öhdəlikləri
Mühasibat uçotunu qanunvericiliyə uyğun təşkil etmək, maliyyə əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək;
Əməkhaqqı və digər ödənişlərin hesablanmasına nəzarət etmək;
Debitor və kreditor borclarının uçotunu və üzləşmələrini aparmaq, borcların yaşlandırılması üzrə hesabatları təhlil etmək;
ƏDV, mənfəət vergisi, ÖMV, DSMF və digər məcburi hesabatları düzgün və vaxtında hazırlayıb təqdim etmək;
Vergi orqanları ilə yazışmaları aparmaq, uyğunsuzluqlarla bağlı sorğuları araşdırmaq və cavablandırmaq;
Rəhbərliyə aylıq mənfəət və zərər, maliyyə vəziyyəti hesabatlarını, həmçinin həftəlik pul vəsaitlərinin hərəkəti barədə məlumatı təqdim etmək;
Gəlirlərin, o cümlədən Forma 2 ilə təsdiqlənən iş və xidmətlər üzrə gəlirlərin düzgün dövrdə tanınmasına nəzarət etmək;
Texnikalar üzrə xərclərin düzgün bölüşdürülməsini və uçotda əks etdirilməsini təmin etmək;
Ana şirkət, qrupdaxili şirkətlər və kənar tərəflərlə qarşılıqlı hesablaşmalara nəzarət etmək;
Xərclərin optimallaşdırılması və maliyyə risklərinin qiymətləndirilməsi üzrə təhlillər aparmaq, rəhbərliyə təkliflər vermək.
Namizədə tələblər
Aparıcı mühasib və ya baş mühasib vəzifəsində minimum 3 il iş təcrübəsi;
Logistika və texnika xidmətləri sahəsində mühasibatlıq təcrübəsi;
Peşəkar Mühasib Sertifikatı (PMS);
Vergi uçotu, audit və maliyyə riskləri üzrə biliklər;
Excel üzrə yüksək səviyyədə bilik və 1C 8.3 proqramında işləmək bacarığı;
Analitik düşüncə, detallara diqqət və yüksək məsuliyyət;
Rus dili biliyi və data analitikası üzrə biliklər üstünlükdür.
İş şərtləri
2 000 AZN-dən başlayan əməkhaqqı;
Şirkətə məxsus ERP proqramında işləmək üçün təlim.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/197317/bas-muhasib
Bənzər elanlar






Razılaşma yolu ilə
Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin stajçı/kiçik/mütəxəssis
BakıDünən 10:25








