Prayk
Baş mühasib — Maliyyə
1 800 ₼

Baş mühasib

YoxlanılıbDünən
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
7
Nömrə
№4562340

Təsvir

“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Tranzit Store Az ” MMC Baş mühasib vəzifəsinə vakansiya elan edir. Əsas vəzifələr: Gündəlik əsasda aparılan əməliyyatların ilkin sənəd əsasında sistemdə təsdiq etmək; Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək; Daxil olan və çıxan pul vəsaitinin uçotunu aparmaq, mühasibat uçotu hesablarında onların hərəkətini göstərmək, xərclər smetasını hazırlamaq, xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək; Xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək; Əmək haqqının ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları tərtib və nəzarət etmək; İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək; Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, müvafiq hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək; Banklara kreditlər üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək; Müştərilərdən köçürmə yolu ilə Cəmiyyətin hesabına daxil olan pul vəsaitlərin sistemə daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək; Ödənişlər zamanı köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək; Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək; Proqram təminatına məlumatların daxil edilməsi Holdinq tərəfindən təqdim edilmiş maliyyə hesabatlarının hazırlanması Tələblər: Ali (maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat üzrə) PMS sertifikatının olması üstünlükdür İş təcrübəsi minimum 3 il Azərbaycan dili əla,rus dili üstünlükdür Kompyuter proqramları biliyi: MS Office proqramlarını yüksək səviyyədə bilməlidir. 1c 8.3 Dürüst, etibarlı, məsuliyyətli Bəy namizədlər Biz təklif edirik Əmək haqqı: 1800-2000 AZN (Nett) İş yeri: Hökməli qəsəbəsi Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tranzit Store Az MMC Baş mühasib” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1800 AZN Son müraciət tarixi: 13.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Azera Holding jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM