
Bakı3
Baş mühasib
Baş mühasib
2 000 ₼
Yoxlanılıb2 gün əvvəl
Təsvir
Dərman istehsalı zavoduna baş mühasib tələb olunur.
Tələblər:
Yaş: 30-55
Minimum 3 il iş stajı
İstehsalat təcrübəsi mütləqdir
Baş mühasib kimi təcrübə
Ali təhsil (Maliyyə sahəsində)
Azərbaycan Respublikası Vergilər Məcəlləsi və qanunvericiliyi bilməli
Azərbaycan Respublikasının qanunvericilik aktlarını bilməli
PMS sertifikatlarının olması üstünlükdür
MS Excel, MS Word, MS Outlook (əla)
1C 8.3proqramı yüksək səviyyədə bilmək
custom.gov.az portalında işləmə bacarığı.
Müxtəlif bankların internet bankın sistemində bank əməliyyatlarını icra etmə bacarığı
Mənfəət ,Gəlir, ÖMV,Vahid,Ədv 18% ,Ədv 0% (Sertifikat və Fəaliyyət növünə görə.) hesabatlarını verməyi bacarmalı
Vəzifə öhdəlikləri:
Müəssisənin maliyyə əməliyyatlarının dəqiq və vaxtında qeydə alınmasını təmin etmək
Bütün müvafiq hesabatları hazırlayıb və Vergi Orqanı, Statistika Komitəsinə, sosial ayırmalar və icbari sığortalar ilə bağlı məlumatları müvafiq orqanlara təqdim etmək;
Təşkilatın vergi öhdəliyini minimuma endirmək üçün vergi planlaşdırma strategiyalarının işlənib hazırlanması, vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi, vergi yoxlamalarının idarə edilməsi da daxil olmaqla, vergi qanunvericiliyinə və qaydalarına riayət olunmasını təmin etmək;
İşçilər üçün əmək haqqı ödənişlərini hesablayıb, ödəyib və bəyan etmək;
Müəssisənin vergi siyasətini hazırlamaq və vergi büdcəsinin hazırlanmasında iştirak etmək;
Gəlirlərin vaxtında alınmasını və maliyyə və hesablaşma əməliyyatlarının, o cümlədən təchizatçı və podratçı hesablarının ödənilməsi, kreditlərin ödənilməsi, əmək haqqının ödənilməsi və ödənişlərin bank qurumlarına köçürülməsini təmin etmək;
Məlumatların düzgünlüyünü və tamlığını müəyyən etmək üçün maliyyə qeydlərini diqqətdə saxlamaq
Əməliyyatların səmərəliliyini və ya effektivliyini artıra biləcək yeni mühasibat uçotu metodlarını və ya prosedurlarını araşdırmaq
Gələcək səhvlərə və ya məlumatların yanlış təfsirinə səbəb ola biləcək mühasibat prosesləri və ya prosedurları ilə bağlı problemləri müəyyən etmək;
Aylıq, rüblük və illik dövrün bağlanması prosesini icra etmək, o cümlədən balansın uzlaşdırılması və təhlilini aparmaq;
Pul vəsaitlərinin hərəkəti, xarici köçürmələrdebitor və kreditor borclarını nəzarətdə saxlamaq
Malların gömrük rəsmiləşdirilməsi üçün brokerlə əlaqəda olmaq və dəstək göstərmək;
İş haqqında:
iş yeri Bakı şəhəri Ak.Həsən Əliyev 493
iş qrafiki 6 gün
şənbə qisa iş günü
Maaş: 2000-2500 AZN
Yaş: 30-55
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Elanın mənbəyi
Orijinal elanı aç© "Diamed Co" MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM












