Prayk

Bələdçi

Razılaşma yolu ilə
Yoxlanılıb1 ay əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
7
Nömrə
№3131660

Təsvir

İş barədə məlumat - "Travelway Azerbaijan" Turizm şirkətinə ingilis və rus dillərinin hər ikisini yüksək səviyyədə bilən bələdçilər tələb olunur. - Çox xahiş edirəm hər iki dili (Rus və İngilis) upper-intermediate və daha yükək səviyyədə bilən şəxslər müraciyyət etsinlər. - Turistlərə ətraflı formada gedəcəyi yerlər haqqında məlumat vermək, qonaqların suallarını cavablandırmaq və qonaqlara digər turizm məhsulları barəsində məlumat vermək lazım olacaqdır. - İş yeri şəhərin mərkəzində, İçərişəhər ərazisindədir. İstedadlı namizədlərin zamanla direktor vəzifəsi daxil bütün vəzifələrə yüksəlmə şansı mövcuddur. Namizədin bacarığından asılı olaraq aylıq əlavə bonus və müştərilərdən bəxşiş (çayavoy) almaq şansı var. - İş öyrədilir - Həftədə 1 gün istirahət günü - İş qrafiki 10:00-dan 20:00-dək - Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyişkəndir. (700-1000 azn) Namizədə tələblər - Bəy bələdçilər. - Rus və ingilis dillərinin hər ikisini səlist bilmək (ispan, ərəb, - - yəhudi və hind dillərini yüksək səviyyədə bilmək əlavə üstünlükdür) - B və ya BC kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək bacarığı. - Səlis danışıq və Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı; - Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı; - Məsuliyyətli və diqqətli olmaq. - Mühitə tez uyğunlaşmaq, komandada işləmə qabiliyyətinə malik olmaq. - Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq bacarığı; - Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı; - Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi - Bakı və regionlara gündəlik turist səfərlərində iştirak etmək. - Kollektivlə işləmək bacarığı, məsuliyyətli və operativlik; - Rəhbərlik tərəfindən verilən bütün tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək. Qeyd edilən tələblərə cavab verən namizədlərdən şəkilli CV-lərini mövzu (subject) hissəsinə "Bələdçi" yazaraq göndərmələri xahiş olunur. Şəkilsiz cv lərə baxılmayacaq, telefonda məlumat verilmir, qeyri-ciddi şəxslər narahat etməsin. Şəhər: Bakı Yaş: 21 - 40 yaş Təhsil: Ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər Əlaqədar şəxs: Emin M. Əmək haqqı: 700 - 1000 AZN
REKLAM