Struktur bölmənin adı: Tədqiqatlar departamenti
Vəzifənin funksiyaları:
Beynəlxalq iqtisadiyyat, xarici ticarət, qlobal proseslərin ölkə iqtisadiyyatına təsirləri ilə bağlı tədqiqat işlərinin həyata keçirilməsinin təşkili və birbaşa iştirak;
Tədiyə balansının proqnozlarının hazırlanması ilə bağlı işlərin təşkili və birbaşa iştirak;
Qlobal enerji və əmtəə qiymətləri, tərəfdaş ölkələrdə inflyasiya prosesləri üzrə tədqiqat ideyalarının müəyyən edilməsi, bu sahədə araşdırmaların təşkili və nəticələri barədə analitik yazıların hazırlanması;
AMB-nin struktur bölmələrinin sorğusu əsasında tematik tədqiqatların aparılmasının təşkili;
Tədqiqat mövzularının formalaşdırılması və tədqiqat işlərinin təkmilləşdirilməsində, daxili müzakirələrdə və elmi konfranslarda iştirak, o cümlədən tədqiqat işlərinin dərc edilməsinin təşkili;
Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;
Departament rəhbərliyinin tapşırığına uyğun olaraq şöbənin fəaliyyət istiqamətləri üzrə digər işlərin yerinə yetirilməsi.
Təhsil
İqtisadiyyat, beynəlxalq iqtisadiyyat, riyaziyyat, maliyyə - Ali təhsil
Təcrübə
Müvafiq sahə üzrə ən azı 4 il iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə ən azı 1 il iş təcrübəsi
Texniki biliklər
Makroiqtisadiyyat, Mikroiqtisadiyyat, Monetar iqtisadiyyat və pul siyasəti, Ümumi iqtisadiyyat və bankçılıq, Statistika və Ekonometrika, Təqdimat və yazı bacarıqları – yüksək səviyyədə
Kompüter bacarığı
Statistik və ya ekonometrik - riyazi tətbiqi proqramlardan Eviews və R (həmçinin bu proqramlarda kodlaşdırma bacarıqları) - Yüksək səviyyədə
MS Office proqramları - Yüksək səviyyədə
Dil bilikləri
Azərbaycan dili - yüksək səviyyədə
İngilis dili – yüksək səviyyədə
Davranış kompetensiyaları
Təşəbbüskarlıq, təkmilləşməyə meyllilik, məsuliyyətlilik,,vaxtın idarə edilməsi, ünsiyyətqurma və komandada işləmə
Liderlik kompetensiyaları
Dəyişikliklərin idarə edilməsi, təşkilatçılıq və planlaşdırma, qərar qəbuletmə
Əlavə tələblər
Seçim prosesi çərçivəsində real iş mühitində praktiki tapşırıq yerinə yetirmək
GZİT təhlili (SWOT), struktur bölmə üzrə vizyon və tədbirlər planı haqqında təqdimat hazırlamaq
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 14.09.2026
E-mail: [email protected]
Müraciət: https://jobsearch.az/vacancies/azerbaycan-respublikasinin-merkezi-banki-beynelxalq-iqtisadiyyat-sobesinin-reisi-150660