Dekorativ şüşə güldan.
Gövdəsi tünd mavi və qızılı rənglərin zərif birləşməsində hazırlanıb, üzərində əl işləməsini xatırladan çiçək naxışları və ornamental bəzəklər yer alır. Parlaq səthi interyerdə diqqət çəkən dekor elementi kimi görünür. Yuxarı hissəsi geniş ağızlı, aşağı hissəsi isə oturacaqlı formada dizayn edilib.
Qonaq otağı, yataq otağı, salon, vitrin və klassik üslublu interyerlər üçün uyğun dekor aksessuarıdır. Həm təkbaşına bəzək əşyası kimi, həm də süni və ya quru güllərlə istifadə oluna bilər.
Xüsusiyyətləri:
- Material: şüşə
- Rəng: tünd mavi və qızılı
- Naxış: çiçəkli və ornamental işləmə
- Forma: hündür, altlıqlı, geniş boğazlı
- İstifadə sahəsi: ev və salon dekoru, masaüstü və vitrin üçün uyğun
Zövqlü və klassik görünüş sevənlər üçün seçilən dekorativ vazadır.