Prayk
BMW 428, 2.0 L, 2014 il, 150 000 km 77-BF-033 — Avtomobillər, Bakı
33 500 ₼

BMW 428, 2.0 L, 2014 il, 150 000 km

Oxşar elanların çoxundan bahadır
Oxşar 5275 elanın orta qiyməti 22 800 ₼ — bu elan təxminən 11 000 ₼ (47%) bahadır.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 11 200 ₼ – 30 000 ₼
Belə elanlar orta hesabla 5 günə bağlanır
Satıcıya 22 800 ₼ təklif edə bilərsiniz — oxşar elanların orta qiyməti təxminən budur.
Qiymət tarixçəsi−3%
SatılırAnaliz edilibİşlənmiş1 ay əvvəl
Şəhər
Bakı
Kateqoriya
Avtomobillər
Qeydiyyat nişanı
77-BF-033 (77BF033)
Marka
BMW
Buraxılış ili
2014 il
Yürüş
150000 km
Mühərrikin həcmi
2 L
Sürətlər qutusu
Avtomat
Ban növü
Kupe
Rəng
Ağ
Yanacaq növü
Benzin
Mühərrikin gücü
245 a.g.
Ötürücü
Arxa
Yerlərin sayı
4
Hansı bazar üçün yığılıb
Amerika
Vuruğu yoxdur
Bəli
Rənglənməyib
Bəli
Tarix
Baxışlar
24
Nömrə
№3022168

Təsvir

Avtomobil 2020-ci ildə xüsusi sifarişlə Bakıya gətirilib. 6 ildir məndədir və ilk sahibiyəm. VIN kod tam təmizdir, avtomobil vuruqsuzdur. Avtomobil Bakıya gəldiyi gündən PPF qoruyucu plyonkada olub, PPF yeni sökülüb. Kuzov çox yaxşı vəziyyətdədir. Avtomobilin üzərində olan M detallarının hamısı zavod təchizatıdır. Sonradan Çin/Tayvan detalları ilə yığılmayıb. Buna görə həm keyfiyyət, zazor, həm də qanunla bağlı problem yaşamırsınız. Zavod M Sport təchizatı: • Original BMW M4 faralar – təxminən 5.000 AZN dəyərindədir. Bu faralar yalnız M4-də gələn original adaptiv faralardır və digər elanlarda olan sonradan quraşdırılmış faralarla qarışdırılmamalıdır. Eniş və yoxuşlarda faranın daxilindəki motor vasitəsilə işıq avtomatik aşağı-yuxarı tənzimlənir. Sükanı sağa və ya sola döndərdikdə faralar da həmin istiqamətə dönərək döngəni siz ora çatmamış işıqlandırır. Uzaq işığı təxminən 600 metrə qədər işıqlandırır. • Tam qaranlıqda uzaq işıqları özü avtomatik yandırır, qarşıdan avtomobil gələndə isə avtomatik söndürür. • M Sport paket • Original zavod M sükan – bazarda sonradan qoyulan deyil. • Original zavod M poroqlar • M qırılan oturacaqlar. • Original M qanadlar – əyləc soyutma kanalları ilə • Original zavod M buferlər – buna görə sonradan qoyulan Çin/Tayvan buferlərindəki kimi zazor və qanunla bağlı problem olmur, avtomobili saxlamirlar. • Original zavod M disklər. • Original zavod M ötürücü kobra başlığı. • zavod M asqı sistemi, prujunlar zavod sport olduğu üçün avtomobili bu səbəbdən saxlamırlar. Əlavə təchizat: • NBT ID7 – 2020 BMW monitoru Zautotech-də quraşdırılıb – 1.200 AZN. Apple CarPlay mövcuddur. • 32 rəng salon ambient işıqlandırması – Zautotech-də 1.000 AZN-ə quraşdırılıb. Bazarda olan pult və ya telefonla idarə olunan ambientlərdən deyil. Birbaşa avtomobilin öz idarəetmə düymələri vasitəsilə idarə olunur. • Zavod TOP səs sistemi – səsi çox təmiz və baslıdır. • Salondakı dekor elementləri plyonka karbon və ya aquaprint deyil – zavod Silver Carbon Texture-dır. • Metal Brembo əyləc üzlükləri – mavi rəng • Ağ salon / qara tavan Avtomobildə istifadə olunan detallara və baxıma qənaət edilməyib. Sadəcə misal olaraq, üzərində olan arxa təkərlərin 1 ədədinin qiyməti 630 AZN-dir. Düşünürəm ki, bu fakt avtomobilə necə qulluq edildiyini kifayət qədər göstərir. Bütün baxımları yeni olub Yağ, filterlər və nakladkalar yeni dəyişdirilib. Otur sür. Avtomobilin heç bir texniki problemi yoxdur. İstənilən servisdə yoxlatdıra bilərsiniz. Yoxlama zamanı avtomobildə hər hansı problem çıxarsa, xərcini qarşılamağa hazıram. Xaricə köçdüyüm üçün satıram. Avtomobilə illərlə çox diqqətlə baxılıb, satmaq üçün hazırlanmış maşın deyil. Real alıcıya real endirim olacaq. Nömrə də avtomobilin üzərində hədiyyə veriləcək.
REKLAM
WhatsApp