Prayk
BMW 525, 2.5 L, 1994 il, 500 000 km — Avtomobillər, Bakı
8 500 ₼

BMW 525, 2.5 L, 1994 il, 500 000 km

Qiymət oxşar elanlarla eyni aralıqdadır
Oxşar 18 elanın orta qiyməti 8 500 ₼ — bu elanın qiyməti demək olar eynidir.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 2 250 ₼ – 13 250 ₼
72Elan balıYaxşı təklifQiymət, elanın tarixçəsi və satıcı məlumatına görə 100 baldan 72.Balın izahına bax
SatılırAnaliz edilibİşlənmişBu gün
Şəhər
Bakı
Kateqoriya
Avtomobillər
Marka
BMW
Buraxılış ili
1994 il
Yürüş
500000 km
Mühərrikin həcmi
2.5 L
Sürətlər qutusu
Mexaniki
Ban növü
Sedan
Rəng
Yaşıl
Yanacaq növü
Benzin
Mühərrikin gücü
192 a.g.
Ötürücü
Arxa
Yerlərin sayı
5
Vuruğu yoxdur
Bəli
Rənglənməyib
Bəli
Tarix
Baxışlar
3
Nömrə
№5224380

Təsvir

BMW E34 525i | 1994-cü il, aprel | 2.5 VANOS Avtomobil 1994-cü ilin aprel ayında istehsal olunub. 4 ildir məndədir, 4-cü sahibiyəm. Bir ay əvvəl avtomobilə təxminən 3 000 AZN vəsait xərclənərək genişmiqyaslı texniki baxım və yenilənmə işləri görülüb. Avtomobil uzun müddət rahat istifadə məqsədilə texniki cəhətdən yenilənib. Texniki vəziyyət və görülən işlər: - Qabaq və arxa peredok yığılıb, zəruri detallar yenilənib. - Amortizatorlar, stupisalar, su pompası və patrubkalar yenisi ilə əvəz olunub. - Soyutma sistemi SWAG markalı detallarla yenilənib. Mühərrikin soyutması elektroventilyator sistemidir. - Peç kranı E39 modelinin kranı ilə əvəz olunub. - Mühərrikin üst qapağının, ön və alt qapaqların prokladkaları yenilənib. - NGK şamlar və Bosch babin müştükləri yenisi ilə əvəz olunub. - Qranatların pılnikləri keyfiyyətli yeniləri ilə dəyişdirilib. - Əyləc şlanqları, əyləc mayesi və əyləc diskləri yenilənib. - Dinamo tam işlək, işlənmiş detal ilə əvəz olunub (əvvəlki Valeo idi). - Starter yenidən yığılıb. - Akkumulyator yenidir. - Firma benzin nasosu və benzin filtri yenisi ilə əvəz olunub. - Mühərrik yağı yenicə dəyişdirilib. Mühərrik və kuzov: 2.5 litrlik tək VANOS mühərrikdir. Mühərrik məndən əvvəl dəyişdirilib, səssiz və problemsiz işləyir. Texniki pasportda mühərrik qeydiyyatı n/z. Avtomobilin udarı olmayıb, zavod kuzov həndəsəsi qorunub. İki il əvvəl ümumi rənglənib, lakin cilalama edilməyib. Salon və əlavə avadanlıqlar: - Kondisioner və peç əla işləyir. - Orijinal Hella linzalı faralar və Hella arxa stoplar. - Orijinal Bosch şüşəsilənlər. - Kenwood səs gücləndiricisi, Pioneer maqnitola, Hertz və JBL səs sistemi komponentləri. - Səliqəli quraşdırılmış iki USB və AUX çıxışı. - EVA ayaqaltılardan əlavə, avtomobilin öz orijinal ayaqaltıları da var. - Epman karbon ötürücü başlığı. - Xırda çatışmayan detalların bir çoxu yenisi və ya tam işlək vəziyyətdə olanı ilə əvəz edilib. Təkərlər: Təzə kimidi 4-üdə İstismar və sənədlər: Avtomobil gündəlik şəhər daxilində təxminən 30 km məsafədə səliqəli idarə olunub. Texniki baxış və icbari sığorta 2027-ci ilin mart ayınadək var. Avtomobil zavod vəziyyətinə yaxın, texniki cəhətdən xeyli yenilənmiş E34-dür. Görülən işlər və dəyişdirilən detallar yeni sahibinin əlavə xərc riskini azaltmaq və avtomobildən uzun müddət rahat istifadə etmək məqsədi daşıyır. NÖMRƏSİZ SATILIR! Satmağa tələsmirəm. Ucuz maşın alıb sonra xərc və problem axtaranlara deyil, vəziyyətinə və görülmüş işlərə dəyər verən, normal E34 almaq istəyənlər üçündür. Ciddi alıcılar əlaqə saxlaya bilər.

Elanın mənbəyi

Orijinal elanı aç

© Xəqan turbo.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp