Prayk
Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis ("ADY Ekspress" MMC) — Digər, Bakı
Razılaşma yolu ilə

Büdcə və hesabatlılıq üzrə aparıcı mütəxəssis ("ADY Ekspress" MMC)

YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Digər
Tarix
Baxışlar
15
Nömrə
№6180526

Təsvir

“Azərbaycan Dəmir Yolları” QSC-dən gələn sənədləri emal etmək, qeydiyyatına nəzarət etmək;Hər növbəti ayın 5-nə kimi əvvəlki ayın məlumatlarını daxil etmək, gəlir və xərclərdə kənarlaşmaları şərh etmək;Maliyyə göstəriciləri üzrə proqnozlar və ssenari təhlilləri hazırlamaq;Büdcə və hesabatlılıq proseslərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə təkliflər hazırlamaq;Büdcə və hesabatlıq modelinin qurulması, qrup daxili əməliyyatları aylıq üzləşdirmək;Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan məlumatları hazırlamaq;Hər ay təqdimat formasında şirkət üzrə xərclərin azaldılması və gəlirlərin artırılmasının manatla (AZN) ifadə olunmuş effektivliyini ölçən nümunəvi iş yükü (Task / KPI ssenarisi) cədvəllərini hazırlamaq, struktur bölmələr ilə razılaşdırmaq;Şirkətin digər şöbələri ilə sıx əmakdaşlıq etməklə şöbə daxili işin fəaliyyət keyfiyyətini artırmaq, satışla bağlı olan məlumatları izləmək və şöbə üzrə məlumatlandırmaq; Tələblər: Təhsil pilləsi: Müvafiq sahə üzrə ali təhsil;İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il;Dil bilikləri: rus dili biliyi (yaxşı səviyyədə), ingilis dili biliyi üstünlükdür;Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi;Maliyyə hesabatlarının hazırlanması və təhlilinə dair biliklər;Maliyyə planlaşdırılması və proqnozlaşdırmasına dair biliklər;IFRS və ya yerli maliyyə hesabat standartları üzrə biliklər;Büdcə və hesabatlılıq üzrə biliklər;1 C proqramında işləmək bacarığı;ACCA və ya CFA kimi beynəlxalq sertifikatlara malik olmaq və Big 4 təcrübəsinin olması üstünlükdür;Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;Detallara yüksək diqqət və dəqiqlik;Proqnozlaşdırma;Məsuliyyətlilik və məxfilik prinsiplərinə riayət etmə. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: Azərbaycan Dəmir Yolları Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-budce-ve-hesabatliliq-uzre-aparici-mutexessis-ady-ekspress-mmc-13965068/apply
REKLAM