Prayk
Büdcə və Planlama üzrə Menecer (Tikinti) — İnşaatçılıq və təmir, Bakı
Razılaşma yolu ilə

Büdcə və Planlama üzrə Menecer (Tikinti)

KopyaDünən
Şəhər
Bakı
Tarix
Baxışlar
2
Nömrə
№5502252

Təsvir

1. Büdcələşmə, Xərc Nəzarəti və Maliyyə MonitorinqiBütün layihələr üzrə layihə büdcələrinin, pul axını proqnozlarının, Xərc Bölünmə Strukturlarının (CBS) və resurs histogramlarının hazırlanması və idarə olunması.Baza (baseline) büdcələrin formalaşdırılması, qorunması və layihə həcmi, satınalma strategiyası və icra planları ilə uyğunluğunun təmin edilməsi.Büdcə müqayisə cədvəllərinin hazırlanması, kənarlaşmaların təhlili və təsdiqlənmiş büdcələrlə müqayisəli hesabatların təqdim edilməsi.Öhdəliklərin, faktiki xərclərin və proqnozların monitorinqi, risklərin və mümkün artımların erkən mərhələdə müəyyən edilməsi.EAC (Estimate at Completion) və FAC (Forecast at Completion) hesabatlarının hazırlanması və idarə olunması. 2. Planlama, Qrafikləşdirmə və Zaman–Xərc İnteqrasiyasıBaş layihə qrafiklərinin və detallı tikinti proqramlarının hazırlanması, nəzarəti və yenilənməsi.Zaman, xərc, irəliləyiş və pul axını məlumatları arasında tam inteqrasiyanın təmin edilməsi.Faktiki icranın baza qrafik və büdcələrlə müqayisəli təhlili.Gecikmələrin, sürətləndirmə (acceleration) və bərpa (recovery) ssenarilərinin xərcə təsirinin təhlili.Zəruri hallarda vaxt uzadılması (EOT), gecikmə təhlili və iddialarla bağlı planlama işlərinə dəstək. 3. Texniki Ofisin İdarə EdilməsiTexniki ofisin bütün funksiyalarına rəhbərlik:İrəliləyişin ölçülməsi metodologiyaları.Həcm və miqdarların izlənməsi, Earned Value Analysis.Metod bəyanatları və tikinti ardıcıllığının təhlili.Shop drawing, metod statement və texniki təqdimatların layihə qrafikinə uyğun koordinasiyası.Sahədə fiziki irəliləyişin monitorinqi və onun büdcə və qrafiklə əlaqələndirilməsi.Sahə komandaları ilə rəhbərlik arasında əsas texniki əlaqələndirici şəxs kimi çıxış etmək. 4. Daxili Planlama, Büdcə və İdarəetmə NəzarətiDaxili layihə planlarının, qrafiklərin, büdcələrin və pul axını proqnozlarının təsdiqlənmiş bazalara uyğunluğunun yoxlanılması və təsdiqi.Tender strategiyaları ilə icra planları arasında ardıcıllığın təmin edilməsi. 5. Tender və Satınalma İdarəetməsiLayihələr üzrə tender və satınalma proseslərinin planlaşdırılması və koordinasiyası.Tender komitələrində aktiv iştirak və kommersiya, planlama və büdcə baxımından rəyin verilməsi.Tender paketlərinin, satınalma qrafiklərinin və təklif qiymətləndirmələrinin təsdiqlənmiş büdcə və risk strategiyalarına uyğunluğunun təmin edilməsi. 6. Müqavilə və Kommersiya NəzarətiPodratçı və təchizatçı müqavilələri üzrə aşağıdakı proseslərə nəzarət:Aralıq və yekun ödəniş sertifikatlarıYekun hesablaşmalarVariasiyalar, iddialar və əks-iddialarMüqavilələrin kommersiya və risk baxımından təhlili və uyğunlaşdırılması.Maliyyə və müqavilə komandaları ilə koordinasiyalı şəkildə ödənişlərin izlənməsi.Zərurət olduqda müştəri, podratçı, təchizatçı və məsləhətçilərlə danışıqlarda iştirak. 7. Podratçı və Təchizatçı Müqavilələrinin HazırlanmasıMüqavilələrin hazırlanmasına rəhbərlik və ya dəstək.Müqavilələrin aşağıdakılara uyğunluğunun təmin edilməsi:Təsdiqlənmiş büdcə və satınalma strategiyasıLayihə qrafiki və texniki tələblərŞirkətin risk və müqavilə standartlarıİmzalanmadan öncə yekun texniki və kommersiya təsdiqi. 8. Dəyər Mühəndisliyi və OptimallaşdırmaDevelopment, Dizayn, Tikinti, Satınalma və Maliyyə ilə birlikdə Value Engineering (VE) proseslərinə rəhbərlik.Alternativ dizayn, material, metod və ardıcıllıq variantlarının qiymətləndirilməsi.VE təkliflərinin xərc, zaman və risk təsirinin analiz edilməsi və rəhbərliyə təqdimatı. 9. Hesabatlıq, Risklər və Rəhbərliyə DəstəkHəftəlik, aylıq və icraçı səviyyəli hesabatların hazırlanması:Büdcə və xərc performansıPul axını və proqnozlarQrafik və irəliləyiş vəziyyətiRisklər və mitigasiya tədbirləriYüksək riskli sahələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin təklifi.Tikinti üzrə Rəhbər üçün strateji məsləhətçi rolunun icrası. 10. Sistemlər, Alətlər və Proseslərin İnkişafıPrimavera P6, MS Project, Procore, Oracle Aconex və oxşar sistemlərin effektiv istifadəsinə rəhbərlik.Standart şablon və prosedurların tətbiqinin təmin edilməsi.Büdcə, planlama və hesabat proseslərinin beynəlxalq təcrübəyə uyğun davamlı təkmilləşdirilməsi. Tələblər: ·        İnşaat mühəndislik, Tikinti İdarəetməsi və s. ixtisaslar üzrə ali təhsil olmalı·        İri miqyaslı layihələrində ən azı 10 illik iş təcrübəsi olmalı·        Büdcə və Planlama, Project Controls və ya Texniki Ofis sahələr üzrə rəhbər vəzifədə ən azı 8 il iş təcrübəsi olmalı·        Yaşayış, hotel, kommersiya və qarışıq istifadə üçün nəzərdə tutulmuş layihələrində praktiki iş təcrübəsi olmalı·        Planlama, xərc nəzarəti, tender və müqavilə proseslərininin idarə edilməsi üzrə təcrübəyə sahib olmalı·        Büdcə və pul axınının idarəetməsi üzrə güclü analitik biliklər olmalı·        Primavera P6, MS Project və Excel üzrə praktiki istifadə bacarığı olmalı·        Azərbaycan dili mükəmməl, İngilis dili biliyi yaxşı səviyyədə olmalı·        Liderlik bacarığına sahib olmalıdır. Vakansiya növü: Tam ştat Şirkət: PMD Group MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/pmdgroup/pmdgroup-budce-ve-planlama-uzre-menecer-tikinti-89482/apply
REKLAM