
Bakı5
Bufetçi tələb olunur

800 ₼
Bufetçi tələb olunur
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Baxışlar5
Nömrə№5709483
Təsvir
28 may ərazisində yerləşən restoranda “Dəzgahçı” və “Elektron yemək kartaları üzrə kiçik mütəxəssis” vakansiyaları elan olunur.
Əmək haqqı gündəlik olaraq hesablanır, ayda 2 dəfə verilir.
Dəzgah üzrə işləyəcək şəxs üçün tələblər və təkliflər;
- Yaş aralığı 18-30 arası olmalı.
- Cinsiyyət fərq eləmir.
- Mətbəx üzrə təcrübə arzu olunandır, iş öyrədilir (Mətbəxdə təcrübəsi olanlara üstünlük verilir).
- Həftə içi hər gün dəzgaha gələn yeməklərin təyinatı üzrə qruplaşdırılması, nahar zamanı servisin düzgün qaydada təşkili, servis olunan yeməklərin təqdimatı ilə bağlı məlumatlandırma.
- Həftə sonları restorandaxili işlədiyi şöbəyə əlavə dəstəyin və yaxud köməkliyin göstərilməsi.
- İş saatları - 07:00-16:00.
- Həftədə 1 dəfə istirahət (qeyd: istirahət günü əmək haqqı qeydə alınmır).
- Əmək haqqı - 30 AZN/gün.
- Aylıq olaraq əlavə servis charge-dan bonus. (Aylıq məvacib təxminən 800+ AZN təşkil edir).
“Elektron yemək kartaları üzrə kiçik mütəxəssis” vəzifəsində işləyəcək şəxs üçün tələblər və təkliflər;
- Yaş aralığı 18-30 arası olmalı.
- Cinsiyyət fərq eləmir.
- Mətbəx üzrə təcrübə arzu olunandır, iş öyrədilir (Mətbəxdə təcrübəsi olanlara üstünlük verilir).
- Yeməklərin tərkibləri ilə yaxından tanış olmaq, elektron variantda qeydə alınan tərkiblər üzrə yeməklərin və içkilərin yoxlanılması, paylanma zolağının son iştirakçısı olaraq işə qarşı məsuliyyətli yanaşmaq, hər hansı bir problem və ya uyğunsuzluq aşkar edildiyi halda dərhal şöbə rəhbərini məlumatlandırmaq, elektron vasitələrlə işləmək bacarığı, asudə vaxtlarda işlədiyi şöbəyə əlavə dəstəyin və ya köməkliyin göstərilməsi.
- İş saatları - 16:00-00:00
- Həftədə 1 dəfə istirahət (qeyd: istirahət günü əmək haqqı qeydə alınmır).
- Əmək haqqı - 30 AZN/gün.
- Aylıq olaraq əlavə servis charge-dan bonus. (Aylıq məvacib təxminən 800+ AZN təşkil edir).
Əlavə məlumat üçün Whatsapp tətbiqi üzərindən qeyd olunan əlaqə nömrəsi vasitəsilə (+994504637285) müraciət edə bilərsiniz.
Qeyd: qidalanma restoran tərəfindən təşkil olunur.
Elanın mənbəyi
Orijinal elanı aç© Samir tap.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM














