Buxarlı Ütü Tefal DT9810 AeroSteam – İnnovativ Buxar + Vakum Texnologiyası
Tefal DT9810 AeroSteam 1400 W gücü ilə sürətli və effektiv geyim baxımı təqdim edir. Cəmi 30 saniyəyə işə hazır olur, gündəlik istifadə üçün idealdır. OptiFlow texnologiyası sayəsində buxarla yanaşı vakum (suction) parçanı yumşaq şəkildə dartır, qırışları daha tez açır və ənənəvi steamer-lərlə müqayisədə prosesi 50%-ə qədər sürətləndirir.
- Daimi buxar: 40 q/dəq
- Şok buxar: 120 q
- 3 buxar rejimi: standart, yumşaq vakum, güclü vakum
- Şaquli və üfüqi istifadə imkanı: ütü masasız və ya klassik üsulla rahat işləyir
- MonoTemp altlıq: bütün parçalar üçün təhlükəsiz, temperatur seçimi tələb etmir
- Enerji mənbəyi: şəbəkə ilə işləyir
- Brend: Tefal
- Güc: 1400 W
Qiymət: 280