Carolina Herrera Good Girl Ətiri - orijinal qara ayaqqabı şəklində flakonda saxlanılan elit şərq ətridir. Şərq cazibəsinin, sirrinin və əlçatmaz cazibədarlığın mükəmməl təcəssümü. Good Girl-ün başlanğıc notu aromatik, ehtiraslı qəhvə və incə badam qoxusudur, əsas notu – yasəmən sambak çiçək qoxuları və məxmər tüberoz, ətrin kompozisiyasını isə kakao və ədviyyatlı tonka paxlası tamamlayır. Carolina Herrera markası şərq ətirlərinin həqiqi dəyərini bilən xanımlar üçün yalnız onlara məxsus olan, diqqətçəkən və eyni zamanda zərif olan bir ətir yaratdı.