Prayk
Çaydan Kenwood ZJG112CL — Elektrik çaydanları və termoslar, Bakı
129.99 ₼

Çaydan Kenwood ZJG112CL

Oxşar elanların çoxundan bahadır
Oxşar 827 elanın orta qiyməti 71 ₼ — bu elan təxminən 59 ₼ (83%) bahadır.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 40 ₼ – 129 ₼
Satıcıya 70 ₼ təklif edə bilərsiniz — oxşar elanların orta qiyməti təxminən budur.
SatılırKopyaİşlənmiş3 həftə əvvəl
Şəhər
Bakı
Brend
Kenwood
Rəng
Qara
Zəmanət var
Bəli
Tarix
Baxışlar
24
Nömrə
№3999825

Təsvir

KENWOOD İLƏ ÇAY FASİLƏSİ

Kenwood ZJG 112 CL çaydanını rəsmi mağazadan artıq əldə etmisinizsə demək ki, onun gündəlik istifadədə nə dərəcədə ideal olduğunu qiymətləndirə bilmisiniz. Əgər yox, o zaman bu yalnışı düzəltməyə tələsin. Mükəmməl texniki göstəricilərə və qeyri-adi dizayna malik model ən sərfəli qiymətə təklif olunur. Şüşədən hazırlanan korpusun zərifliyi sayəsində çaydan nəinki mətbəxinizin etibarlı köməkçisi olacaq, hətta evinizin interyerini gözəlləşdirəcək.

GÜCLÜ QIZDIRICI ELEMENT

Cəmi bir neçə saniyə ərzində 1.7 litr tutumlu çaydan qaynayacaq və siz sevdiyiniz isti içkilərdən zövq ala biləcəksiniz. Gizli qızdırıcı element su ilə birbaşa təmasda olmur və bu səbəbdən istifadədə tamamilə təhlükəsizdir. Əlavə olaraq onun üzərində ərp yığılmır. Çaydan elektrik enerjisini qənaətli sərf edən ECO rejimində işləyə bilir. Bu da bir fincan suyun qaynadılması üçün çox faydalıdır.

MAKSİMAL RAHATLIQ ÜÇÜN

Kenwood ZJG 112 CL modelinin əhəmiyyətli üstünlüyü onun altlığıdır. Alt hissəsinin xüsusi sürüşməyə qarşı olan örtüyü cihazın yaş səthlər üzərində təsadüfən aşmasının qarşısını alır. Bununla yanaşı, çaydanın altlıq üzərində 360 dərəcə fırlanma qabiliyyəti sayəsində dəzgahınızda yer məhdud olsa belə onu istədiyiniz kimi yerləşdirməyə imkan yaradır. Əlavə faydalı xüsusiyyətlər: çaydanda qalan suyun miqdarını dəqiq bilmək üçün şüşənin üzərində ölçü şkalası mövcuddur, güc düyməsi isə işıqlandırma ilə təchiz olunub. Çaydanın ucluğunda fincana ərp hissəciklərinin düşməsini əngəlləyən çıxarılan filtr mövcuddur. Filtrı hər istifadədən öncə çıxarıb axar suda yumaq məsləhət olunur.

REKLAM
WhatsApp