Prayk

Chef de Partie (Bölmə Şefi)

Razılaşma yolu ilə
YoxlanılıbBu gün

№6410059·Baxışlar: 9

Təsvir

Radisson Baku Hotel vakansiya elan edir! Radisson Baku Hotel komandamıza Chef de Partie (Bölmə Şefi) vəzifəsi üzrə təcrübəli əməkdaş axtarır. Namizədə tələblər: Chef de Partie vəzifəsində minimum 2 il iş təcrübəsi; Peşəkar mətbəxdə iş təcrübəsi; Yeməklərin hazırlanması və təqdimat standartlarını bilmək; HACCP və qida təhlükəsizliyi qaydalarına riayət etmək; Komanda ilə işləmək bacarığı; Məsuliyyətli, çevik və detallara diqqətli olmaq. Əsas vəzifə öhdəlikləri: Təhkim olunduğu mətbəx bölməsinin gündəlik fəaliyyətini təşkil etmək; Menyuya uyğun yeməklərin hazırlanmasını və keyfiyyətini təmin etmək; Qida məhsullarının düzgün saxlanılmasına və istifadəsinə nəzarət etmək; Mətbəxdə təmizlik, gigiyena və təhlükəsizlik standartlarına riayət etmək; Mətbəx komandasının digər üzvləri ilə koordinasiyalı şəkildə çalışmaq; Baş aşpazın tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək. Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş email ünvanına [email protected] və [email protected] göndərin. Mövzuda – "Chef de Partie" qeyd etməyiniz xahış olunur Son müraciət tarixi: 26.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Radisson jobsearch.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM