“Çılğın izdihamdan uzaqda” klassik pastoral sayılır. Burada saf, sadə, zəhmətkeş insanların yaşadığı puritan kənd həyatı sürətlə sənayeləşən, mədəniləşən şəhər mühiti ilə qarşı-qarşıya qoyulur. Müəllif iki mühit arasındakı təzadı daha qabarıq verə bilmək üçün xəyali bir əyalət, kənd mühiti yaradıb. Şəhərdəki qovğalı, çılğın, məğşuş güruhdan uzaq olan bu yerdə evlər dəbdəbəsiz, kilsələr bər-bəzəksiz, insanlar sadədil, münasibətlər səmimidir. Müəllif bu romanda Qabriel Ouk, Batşeba Everdin, Frensis Troy, Vilyam Boldvud kimi güclü, maraqlı xarakterlər yaradıb, onların dəruni təlatümlərini, hisslərini, fərdi cəhətlərini əlvan boyalarla təsvir edib. Həmçinin Tövratdan, İncildən, Zəburdan çoxlu sitat gətirib, hətta süjeti quranda, qəhrəmanlarına adlar seçəndə də bu mənbələrdən istifadə edib. Məsələn, Batşeba Tövratda məşhur personajın adıdır. Qabriel onu Davud peyğəmbərin Batşebanı güddüyü kimi güdmüşdü. Yeri gəlmişkən, Davud yəhudilərin padşahı seçilməzdən qabaq çoban və musiqiçi idi, Qabriel də eləcə. Serjant Troyla Tövratdakı Batşebanın əri Uriya arasında da paralellər aparmaq olar: hər ikisi əsgərdir, Tövratdakı Uriya əcnəbidir, Troyun isə anası fransızdır.
Müəllif: Tomas Hardi
Nəşriyyat: Teas Press
Dil: AZE
Cild: bərk
Səhifə sayı: 428
© libraff.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.