Prayk
Çin Dili Müəllimi — Təhsil və elm
Razılaşma yolu ilə

Çin Dili Müəllimi

YoxlanılıbDünən
Kateqoriya
Təhsil və elm
Tarix
Nömrə
№3991056

Təsvir

Lexeo Academy komandamızı genişləndirir və Çin dili üzrə peşəkar, məsuliyyətli və inkişafyönümlü Çin Dili Müəllimi axtarır. Vəzifə öhdəlikləri Çin dili üzrə fərdi və qrup dərslərinin keçirilməsi; HSK proqramı üzrə tələbələrin hazırlanması; Business Chinese (Biznes Çin dili) dərslərinin tədrisi; Uşaqlar, yeniyetmələr və böyüklər daxil olmaqla müxtəlif yaş qrupları ilə işləmək; Tələbələrin danışıq, dinləmə, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi; Tələbələrin səviyyəsinə və məqsədlərinə uyğun dərslərin təşkili; Tələbələrin akademik inkişafının izlənilməsi və nəticələrin qiymətləndirilməsi. Namizədə olan tələblər Çin dili üzrə minimum HSK 3 səviyyəsini tamamlamış olmaq; HSK 4 və HSK 5 səviyyəsinə sahib olmaq üstünlükdür; Çin dilində yaxşı danışıq və ünsiyyət bacarığı; Business Chinese tədris edə bilmək; Müxtəlif yaş qrupları ilə işləmək bacarığı; Məsuliyyətli, punktual və öyrənməyə açıq olmaq; Müəllimlik və ya Çin dili tədrisi üzrə təcrübə üstünlükdür; İngilis və/və ya rus dili biliyi üstünlükdür. Biz sizə nə təklif edirik? Çinli müəllim tərəfindən mentor dəstəyi; Hazır tədris metodikası və dərs materialları ilə təmin olunma; Peşəkar inkişaf və metodiki dəstək; Müxtəlif yaş və səviyyələrdə tələbələrlə işləmək imkanı; Peşəkar və inkişafyönümlü komanda; Uzunmüddətli əməkdaşlıq və karyera inkişafı imkanı; Müasir və rahat iş mühiti. İş şərtləri İş yeri: Bakı, AF Mall İş qrafiki: Razılaşdırılır İş formatı: Part-time / Full-time Əmək haqqı: Namizədin bilik, təcrübə və dərs yükünə əsasən müsahibə zamanı müəyyən edilir. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən mövzu hissəsində “Çin Dili Müəllimi” qeyd olunması xahiş olunur. Son müraciət tarixi: 06.11.2026 Müraciət: https://jobsearch.az/vacancies/lexeo-academy-cin-dili-muellimi-153115

Bənzər elanlar