Prayk
Dağıtım və Pərakəndə üzrə Ticari Marketinq Meneceri — Marketing, reklam, PR, Bakı
Razılaşma yolu ilə

Dağıtım və Pərakəndə üzrə Ticari Marketinq Meneceri

YoxlanılıbDünən
Şəhər
Bakı
Tarix
Nömrə
№3439769

Təsvir

İş haqqında məlumat: Vəzifələr:Dağıtım direktorluğunun isti satış, sifarişli/soyuq satış, bort və ehtiyat hissələri satışları, eləcə də topdan satış mağazaları üzrə ticari marketinq fəaliyyətlərini planlaşdırmaq;Kanal və müştəri seqmentinə uyğun aylıq və rüblük kampaniya planları, həcm endirimləri, məhsul təklifləri və pərakəndəçi təşviqləri hazırlamaq;Satış hədəfləri, bazar ehtiyacları və kanal imkanları əsasında kampaniya mexanikalarının şərtlərini və tətbiq qaydalarını satış komandası ilə razılaşdırmaq;Kampaniyaların sahədə və satış sistemində düzgün tətbiqini satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə əlaqələndirmək;Kanallar üzrə satış həcmi, aktiv müştəri sayı, əhatə, orta sifariş, məhsul çeşidi və kampaniya nəticələrini izləmək;Kampaniya nəticələrini baza dövrü və qoyulan hədəflərlə müqayisə etmək, xərc və marja təsirini təhlil edib təkmilləşdirmə təklifləri hazırlamaq;Satış komandası və müştərilərdən gələn rəylər əsasında kanal ehtiyaclarını və yeni kommersiya imkanlarını müəyyənləşdirib rəhbərliyə təqdim etmək. Tələblər: Ali təhsil (marketinq, biznes, iqtisadiyyat və ya əlaqəli sahə);Ticari marketinq, distribusiya kanalları və ya B2B/topdan satış üzrə ən azı 2 il müvafiq iş təcrübəsi;Distribusiya və topdan satış kanallarında kampaniya, həcm endirimi və müştəri təşviqi mexanikalarını hazırlamaq və tətbiq etmək bacarığı;İsti və sifarişli/soyuq satışın, bort satışının, satış rutlarının və pərakəndəçi münasibətlərinin iş məntiqini anlama;Satış həcmi, aktiv müştəri, əhatə, orta sifariş, çeşid və kampaniya nəticələri üzrə məlumatları təhlil etmək bacarığı;Kampaniya şərtlərinin qiymət, güzəşt, xərc və marjaya təsirini qiymətləndirə bilmək;Excel-də sərbəst işləmək və nəticələri aydın hesabat şəklində təqdim etmək bacarığı;Satış, kateqoriya, maliyyə və əməliyyat komandaları ilə koordinasiya və sahə komandaları ilə ünsiyyət bacarığı;Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət. Üstünlük veriləcək:İstehlak elektronikası, telekommunikasiya, məişət texnikası, FMCG və ya böyük retail şəbəkəsində iş təcrübəsi;Bir neçə satış kanalında kampaniya idarəçiliyi və regionlarla iş təcrübəsi;Power BI və ya digər hesabat alətləri ilə işləmək bacarığı;İngilis dili biliyi;Çox kanallı qiymət və kampaniya idarəçiliyi üzrə təcrübə;Şəxsi avtomobilin olması.Şirkət tərəfindən:Peşəkar inkişaf və öyrənmə imkanı;Karyera yüksəlişi;Peşəkar və dinamik iş mühiti;Əmək müqaviləsi;İş şəraitiİş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycanİş rejimi: Tam iş günüƏmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir. Maaş: Ə/h razılaşma ilə Son müraciət: 13/10/2026

Bənzər elanlar