Prayk

Data əsaslı təhlil və süni intellekt bölməsinin mütəxəssis/aparıcı mütəxəssisi (Data analitiki)

Razılaşma yolu ilə
Yoxlanılıb2 həftə əvvəl

№5669070·Baxışlar: 17

Təsvir

Əsas vəzifə öhdəlikləri Biznes problemlərinin analitik məsələlərə çevrilməsi; Bankın biznes prosesləri, məhsulları və müştəri davranışları üzrə data əsaslı deskriptiv, diaqnostik, prediktiv, presktirpiv təhlillərin aparılması; SQL, Python və digər uyğun alətlər vasitəsilə məlumatların təhlili, statistik modellərin hazırlanması və nəticələrin qiymətləndirilməsi; Analitik nəticələrin vizuallaşdırılması və biznes bölmələrinə təqdim edilməsi; Süni intellekt və maşın öyrənməsi texnologiyalarının tətbiqi üzrə fəaliyyətlərdə iştirak. Namizədə dair tələblər Uyğun sahə (İqtisadiyyat, Statistika, Data analitikası, Süni intellekt, Kompüter elmləri və sair) üzrə ali təhsil; SQL üzrə yüksək səviyyədə biliklər; Python və Pandas, NumPy kitabxanaları ilə işləmək bacarığı; Statistik təhlil, hipotezlərin yoxlanılması, reqressiya və proqnozlaşdırma metodları üzrə biliklər; Məlumatların vizuallaşdırılması alətləri ilə işləmə bacarıqları; Analitik düşüncə, problem həll etmə və nəticələri biznes kontekstində şərh etmək bacarığı; Analitik nəticələri qeyri-texniki auditoriyaya təqdim etmək bacarığı. İngilis dili bilikləri (əsasən texniki sənədləri oxumaq və tam anlamaq səviyyəsində). ​​​​​​​Üstünlük verilir: Bank və ya maliyyə sektorunda iş təcrübəsi; Maşın öyrənməsi modellərinin hazırlanması və tətbiqi üzrə biliklər; Data anbarı və data modelləri üzrə biliklər. Vakansiyaya Müraciət et düyməsində qeyd olunan linkə daxil olub TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Son müraciət tarixi: 06.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© TuranBank ASC jobsearch.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM