Brend Barxatlı Əllər kompleks əl kremi təqdim edir. Kremın xüsusi formulu əllər dərisinin lazımi qidalanmasını və nəmlənməsini təmin edir, dırnaqların möhkəmlənməsinə və kutikulun yumşalmasına kömək edir. Kremin təsiri Silk oil elixir formulu ilə gücləndirilmişdir. Mikro-yağlar dəri hüceyrələrini bərpa edir və ipəklik proteinləri ilə birgə onu yumşaq və zərif edir. Dırnaqların vəziyyəti çox zaman əllərin və kutikulun düzgün qayğısından asılıdır. Əl kreminin müntəzəm olaraq gün ərzində iki dəfə istifadəsi quru dərinin yaranmasının qarşısını alır və dırnaqların təbii gözəlliyini qoruyur. Silk Oil Elixir formulu mikro-yağlar və ipəklik proteinləri kompleksindən ibarətdir. Ölçüsünə görə (10 mkm qədər) bu yağ hissəcikləri epidermisə daxil olaraq lipid baryerini pozmadan, qida maddələrini dəri hüceyrələrinə çatdırır. ZƏYTUN YAĞI yumşaldıcı təsir göstərir, nəmi saxlayır, hava keçirməz baryer formalaşdırır, lakin dərinin normal funksiyasını pozmur. VİTAMİN A dəri hüceyrələrinin yenilənmə prosesini sürətləndirir, epiteli yaranmasında iştirak edir, nəticədə epidermis daha çox protein istehsal edir və sıxlaşır. VİTAMİN E - dəri rəyəng qatının əsas fizioloji antioksidantıdır. Vitamin E digər vitaminlərin və antioksidantların təsirini gücləndirir, dərinin müxtəlif növ qıcıqlanmasının ifadə olunmasını azaldır. Əllərinizin gözəlliyi və incəliyi hər toxunuşda! VİTAMİN H quru və pullanmış dəriyə qayğı göstərmək, dırnaqların bərkliyini gücləndirmək üçün istifadə olunur, piy vəzilərinin fəaliyyətini tənzimləyir. NƏTİCƏ: barxatlı və incə dəri!