📍Orbitech Solution MMC Öhdəliklər* Bina daxilində elektrik və işıqlandırma sistemlərinin montajını həyata keçirmək;* Elektrik lövhələrinin, avtomat açarların və qoruyucu avadanlıqların quraşdırılması;* Güc və işıqlandırma kabellərinin çəkilməsi və qoşulması;* Rozetka, açar, işıqlandırma avadanlıqları və digər elektrik elementlərinin quraşdırılması;* Zəif axın sistemləri üçün kabel xətlərinin çəkilməsi;* Yanğın siqnalizasiya, CCTV, internet, telefon və girişə nəzarət sistemlərinin kabel montajında iştirak etmək;* İş zamanı elektrik təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət etmək.Tələblər* Elektrik sahəsi üzrə orta ixtisas və ya texniki təhsil;* Elektrik montajı sahəsində praktiki iş təcrübəsi;* Bina daxili elektrik və işıqlandırma sistemlərinin montajını bilməsi;* Elektrik sxemlərini oxuma və sxemə uyğun işləmə bacarığı;* Avtomat açarlar, elektrik lövhələri, kontaktor, rele və digər elektrik avadanlıqları barədə əsas biliklər;* Kabel çəkilişi, birləşdirmə və avadanlıqların qoşulması üzrə praktiki bacarıq;* Zəif axın sistemləri, CCTV, yanğın siqnalizasiyası və şəbəkə kabelləşməsi barədə anlayış;* Elektrik alətləri və ölçü cihazlarından istifadə bacarığı;* Məsuliyyətli, diqqətli və intizamlı olmaq;* Komandada işləmək bacarığı. Üstünlük veriləcək* Tikinti və obyektlərdə elektrik montajı üzrə iş təcrübəsi;* Elektrik və zəif axın sistemlərinin montajında təcrübə;* AutoCAD-də sadə elektrik sxemlərini oxuma bacarığı;* Müxtəlif tipli elektrik lövhələrinin yığılması və qoşulması üzrə təcrübə;* Elektrik təhlükəsizliyi qaydaları üzrə bilik.