Prayk
Elektrik və mexanika işləri üzrə texnik — Sənaye, istehsal
Razılaşma yolu ilə

Elektrik və mexanika işləri üzrə texnik

Yoxlanılıb3 həftə əvvəl
Tarix
Baxışlar
46
Nömrə
№4651437

Təsvir

İş yeri: Tikinti obyektləri (regionlar və Bakı) Vəzifə öhdəlikləri Aşağı gərginlikli elektrik işlərinin yerinə yetirilməsi (lampaların, spot işıqların, rozetkaların və digər elektrik elementlərinin dəyişdirilməsi və quraşdırılması); Elektrik qurğularının, avadanlıqlarının və mexanizmlərinin texniki vəziyyətinə mütəmadi nəzarət edilməsi; Elektrik avadanlıqlarında aşkar edilən xırda nasazlıqların operativ şəkildə aradan qaldırılması; Elektrik avadanlıqlarının normal və təhlükəsiz istismarının təmin edilməsi; Santexnika avadanlıqlarının və aksesuarlarının montajının həyata keçirilməsi; Müxtəlif növ boruların (PPR, PPRC, HDPE, PVC, UPVC, dəmir və digər boruların) quraşdırılması və birləşdirilməsi; Boru xətlərinin bərkidilməsi üçün istifadə olunan dayaqların, tijlərin, konsolların, xomutların və digər aksesuarların quraşdırılması; İsitmə sistemlərinin boru xətlərinin montajının həyata keçirilməsi; İsitmə və soyutma sistemlərinə aid avadanlıqların quraşdırılması və texniki vəziyyətinə nəzarət edilməsi; Görülən işlərin texniki tələblərə, təhlükəsizlik qaydalarına və mühəndislərin göstərişlərinə uyğun yerinə yetirilməsi; Rəhbərlik və mühəndislər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə icra edilməsi; İş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi. Namizədə tələblər Müvafiq sahə üzrə texniki bilik və praktiki iş bacarığı; Elektrik, santexnika və mexaniki montaj işləri üzrə təcrübəyə malik olmaq; Elektrik və santexnika avadanlıqlarının quraşdırılması və texniki xidməti sahəsində biliklərə sahib olmaq; Texniki çertyojları və mühəndis göstərişlərini anlamaq bacarığı; Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarını bilmək; Komandada işləmək bacarığı; Məsuliyyətli, intizamlı və işinə diqqətli olmaq; Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. İş şəraiti Tikinti obyektlərində iş; İş qrafiki və əməkhaqqı müsahibə zamanı müzakirə olunur. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 15.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Cronos Construction jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp