Vəzifə öhdəlikləri
İşçilərin əmək haqqının, avansların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
Əmək haqqının hesablanması zamanı işçilərin davamiyyət, məzuniyyət, xəstəlik vərəqəsi, ezamiyyət və digər məlumatlarının nəzərə alınması;
İşçilərin əmək haqqından tutulmaların və digər qanunvericiliklə müəyyən edilmiş ödənişlərin düzgün hesablanması;
Əmək haqqı üzrə vergi və sosial ödənişlərə dair məlumatların hazırlanması və müvafiq hesabatların təqdim edilməsi;
Əmək haqqı hesablamaları üzrə mühasibat uçotunun aparılması və müvafiq müxabirləşmələrin işlənməsi;
İşçilər üzrə hesablaşma vərəqələrinin hazırlanması və əmək haqqı məlumatlarının sistemdə əks etdirilməsi;
Məzuniyyət haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, xəstəlik müavinəti və digər ödənişlərin hesablanması;
İşçilərin son haqq-hesablarının düzgün və vaxtında aparılması;
Əmək haqqı üzrə bank ödənişlərinin hazırlanması və ödəniş siyahılarının tərtib edilməsi;
1C və digər mühasibatlıq proqramlarında əmək haqqı məlumatlarının işlənməsi;
Əmək haqqı üzrə məlumatların ƏMAS və digər aidiyyəti sistemlərdəki məlumatlarla uyğunluğunun yoxlanılması;
Əmək haqqı üzrə aylıq hesabatların, cədvəllərin və digər zəruri sənədlərin hazırlanması;
Əmək haqqı hesablamaları ilə bağlı işçilərin müraciətlərinin araşdırılması və müvafiq izahların verilməsi;
Əmək haqqı hesablamaları üzrə sənədlərin düzgün arxivləşdirilməsi və məxfilik qaydalarına riayət edilməsi;
Rəhbərlik tərəfindən verilən əmək haqqı və mühasibatlıq üzrə digər tapşırıqların icrası.
Namizədə tələblər
Təhsil: Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya uyğun ixtisas üzrə ali təhsil
Yaş həddi: 25-35 arası namizədlər
İş təcrübəsi: Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
1 C və MC Office proqramlarında iş təcrübəsinin olması
Vergi və mühasibat uçotu üzrə əsas qanunvericilik bilikləri
Azərbaycan dilində səlis danışıq
Rus dili biliyi üstünlükdür
Məsulliyyətli, ünsiyyətcil və kollektivdə işləmək bacarığına malik olmalı
İş barədə məlumat
İş günləri: həftənin 5 günü
İş qrafiki: saat 08:00 – 17:00
İstirahət günü: şənbə və bazar
Əmək məcəlləsinə uyğun sənədləşmə
Əmək haqqı: 1500-2000 AZN
Nahar və servis müəssisə tərəfindən təmin olunur.
Ünvan: Xəzər rayonu, Binə qəsəbəsi.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Əmək haqqı üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/198370/emek-haqqi-uzre-muhasib
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti