
2
Ərəb dili müəllimi (Sosial Məzuniyyət əvəzi)
Ərəb dili müəllimi (Sosial Məzuniyyət əvəzi)
Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Tarix
Baxışlar2
Nömrə№6069655
Təsvir
Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
İş qrafiki: Beş iş günü, saat 08:00 – 16:30 (Bazar ertəsi – Cümə)
Tələblər:
Ərəb dili, ərəb filologiyası, pedaqogika və ya müvafiq sahə üzrə bakalavr təhsili.
Ərəb dilini həm yazılı, həm də şifahi formada yüksək səviyyədə bilmək.
Ərəb dilinin tədrisi metodikası üzrə biliklərə malik olmaq.
Müəllimlik təcrübəsi, xüsusilə ibtidai sinif şagirdləri ilə iş təcrübəsi üstünlükdür.
Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun interaktiv və effektiv təlim metodlarından istifadə etmək bacarığı.
Sinfin idarə olunması və effektiv ünsiyyət bacarıqları.
Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarından istifadə bacarığı.
Dərs planlarının və tədris materiallarının hazırlanması bacarığı.
Güclü təşkilatçılıq, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Öhdəliklər:
1–5-ci sinif şagirdlərinə yaş xüsusiyyətlərini, fərdi öyrənmə ehtiyaclarını və dil bilikləri səviyyələrini nəzərə alaraq ərəb dilini tədris etmək.
Şagirdlərdə ərəb əlifbasını tanıma, hərflərin yazılışı və düzgün tələffüzü, söz ehtiyatı və ilkin dil bacarıqlarını inkişaf etdirmək.
Şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək.
Dərslərdə interaktiv, yaradıcı və oyun əsaslı təlim metodlarından istifadə etmək.
Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarını dərs prosesinə inteqrasiya etmək.
Şagirdləri ərəb dünyasının mədəniyyəti, ənənələri və gündəlik ünsiyyət qaydaları ilə tanış etmək.
Sinifdaxili fəaliyyətlər, tapşırıqlar və imtahanlar vasitəsilə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək.
Biz təklif edirik:
Rəqabətədavamlı əməkhaqqı
Məktəbin yeməkxanasında nahar imkanı
Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər.
E-poçtun mövzu hissəsində “Ərəb dili müəllimi” vəzifəsini qeyd etməyiniz xahiş olunur.
Son müraciət tarixi: 03.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Heydər Əliyev adına Müasir Təhsil Kompleksi jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM








