Prayk
Ətçəkən Kenwood MG450 — Ət xırdalayıcılar və qurğular, Bakı
189.99 ₼

Ətçəkən Kenwood MG450

Qiymət oxşar elanlarla eyni aralıqdadır
Oxşar 20 elanın orta qiyməti 270 ₼ — bu elan təxminən 81 ₼ (30%) ucuzdur.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 190 ₼ – 333 ₼
Qiymət tarixçəsi+6%
80Elan balıYaxşı təklifQiymət, elanın tarixçəsi və satıcı məlumatına görə 100 baldan 80.Balın izahına bax
SatılırKopyaİşlənmiş2 həftə əvvəl
Şəhər
Bakı
Brend
Kenwood
Tarix
Baxışlar
15
Nömrə
№1320833

Təsvir

Yeməklərin hazırlanmasında qiymədən tez-tez istifadə edirsinizdə ətçəkən maşın sizin köməkçiniz olacaq. Artıq sirr deyil ki, ev şəraitində çəkilən ət daha ləzzətli olur. Kenwood MG450 ətçəkən modeli müasir mətbəxlər üçün yaradılıb. Minimalizm görünüşü və funksiyaları sayəsində cihaz geniş alıcı kütləsinə sahibdir. Korpus möhkəm, zədələrə davamlı plastikdən, bıçaq və qiymə üçün başlıqlar isə paslanmayan poladdan hazırlanıb. Komplektasiyaya 3 ədəd qiymə, 2 ədəd sosis, 1 ədəd kebbe hazırlanması üçün başlıqlar, bərkidici qapaq üçün açar və kasa daxildir. Cihazın gövdəsində naqil üçün yer var.

Mühərrikin 1400 Vt gücü 1.8 kq əti 1 dəqiqə ərzində ideal çəkilmiş qiyməyə çevirir. İti bıçaqlar ətdə olan damarları asanlıqla kəsə bilir. Ətin rahat keçməsi üçün cihazda revers funksiyası mövcuddur. Bu funksiyanın köməyi ilə ətçəkən maşın ilişən əti geriyə itələyib yenidən çəkir. Əti təhlükəsiz şəkildə ətqəbuledici borudan şnekə doğru itələmək üçün plastik itələyicidən istifadə edin.

Qiymədən hazırlanan yeməklərə əsaslanaraq cihaz genişçeşidli başlıqlarla təchiz edilib. Paştet üçün çiyər və ya toyuq ətini çəkmək istəyirsinizsə xırda dəlikli qiymə başlığından istifadə edin. Mal və qoyun əti üçün orta dəlikli başlıq uyğundur. Xırda doğranmış ət əldə etmək üçün iri dəlikli başlıq mövcuddur. Bundan başqa Kenwood ətçəkən vasitəsilə ev şəraitində sosislər, kolbaslar və kebbe sosislərini hazırlamaq olar. Sözügedən yeməklərin hazırlanması üçün lazım olan başlıqlar plastik itələyicinin daxilində yerləşir.

Kenwood MG450 modelini onlayn sifariş etmək olar. Kontakt Home ətçəkən maşın üçün ödənişsiz çatdırılma təqdim edir. Sifariş üçün “Nağd al” və ya “Hissə-hissə al” düymələrindən birinə basmalısınız.

REKLAM