
16
Full-stack Developer
Full-stack Developer
Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
Tarix
Baxışlar16
Nömrə№5641161
Təsvir
Veb saytlar və veb tətbiqlər hazırlamaq üçün komandamıza Full-stack Developer axtarırıq. Bu vəzifədə hər layihənin texniki icrasına başdan sona cavabdeh olacaqsınız. Dizayn maketlərini işlək veb səhifələrə çevirəcək, backend funksionallığını hazırlayacaq, testləri aparacaq və layihənin istifadəyə verilməsini təmin edəcəksiniz.
Əsas vəzifələr
Next.js və React ilə kompüter, planşet və mobil ekranlara uyğun veb saytlar və veb tətbiqlər hazırlamaq.
Backend funksionallığını və API-ləri hazırlamaq, verilənlər bazası və xarici xidmətlərlə inteqrasiyaları qurmaq.
Layihəni test etmək, serverdə yerləşdirmək və istifadəyə verildikdən sonra yaranan texniki problemləri aradan qaldırmaq.
Mövcud saytların sürətini və istifadə rahatlığını yaxşılaşdırmaq.
Əsas tələblər
Veb layihələrin həm frontend, həm də backend hissələrini müstəqil hazırlamaq üzrə praktik təcrübə.
HTML, CSS və JavaScript üzrə güclü biliklər.
Next.js və React ilə veb layihələr hazırlamaq təcrübəsi.
REST API, verilənlər bazası və Git ilə işləmək bacarığı.
Veb layihələri serverdə və ya bulud platformasında yerləşdirmək və istifadəyə vermək təcrübəsi.
Üstünlük hesab olunur
TypeScript ilə layihə təcrübəsi.
Python və Django ilə backend proqramlaşdırma təcrübəsi.
React Native ilə mobil tətbiqlərin hazırlanması üzrə təcrübə.
CMS inteqrasiyası və kontentin idarə edilməsi üçün admin panellərinin hazırlanması.
Texniki SEO və veb saytların performansının optimallaşdırılması.
Docker, CI/CD və avtomatlaşdırılmış testlər üzrə təcrübə.
CV-nizi və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Full-stack Developer” mövzusu ilə göndərin. Portfolionuzda hazırladığınız layihələrin linklərini və hər layihədə hansı hissələrə cavabdeh olduğunuzu qısaca qeyd edin.
Son müraciət tarixi: 05.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Caspian Textile MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM












