Prayk

Geodeziya Mühəndisi

Razılaşma yolu ilə
YoxlanılıbDünən
Şəhər
Bakı
Tarix
Baxışlar
3
Nömrə
№5688477

Təsvir

İş mühiti və Vəzifə öhdəlikləri: Məsləhətçi qurumda çalışacaq; Tikinti sahəsində geodeziya ölçmələrinin, nişanlama və qaldırma işlərinin yerinə yetirilməsi; Podratçı tərəfindən təqdim olunan geodeziya sənədlərinin, xəritələrin və icra ölçmələrinin yoxlanılması; Layihə oxlarının, hündürlüklərinin və sərhədlərinin sahədə dəqiqləşdirilməsinə nəzarət edilməsi; Sahə üzrə iş həcmlərinin geodeziya nəzarətindən keçirilməsi və sənədləşdirilməsi; İş regionlardadır — Qarabağ bölgəsində yerləşən layihələrdə həyata keçiriləcək. Namizədə olan tələblər: Müvafiq sahə üzrə ali təhsil (Geodeziya, kartoqrafiya və ya inşaat mühəndisliyi); Sahə üzrə geodeziya mühəndisi kimi azı 3 il iş təcrübəsi; Total Station, GPS/GNSS və digər müasir geodeziya cihazları ilə sərbəst işləmək bacarığı; AutoCAD, Netcad və digər ixtisas proqramlarını yüksək səviyyədə bilmək; Səhra və region şəraitində (Qarabağ bölgəsi) işləməyə uyğunluq. Ümumi Şərtlər: İş rejimi: Qrafikə uyğun (regionlarda rotasiya və ya tələb olunan rejim); Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma yolu ilə. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/204853/geodeziya-muhendisi
REKLAM