Prayk

Geodeziya və xəritə mühəndisi

Razılaşma yolu ilə
YoxlanılıbDünən

№6366613·Baxışlar: 8

Təsvir

Yüksel Proje Anonim Şirketi-nin Azərbaycan Respublikasındakı Filialı mühəndislik və infrastruktur layihələrində çalışmaq üçün Geodeziya və xəritə mühəndisi vəzifəsinə namizədlər axtarır. Vəzifə öhdəlikləri Geodeziya, topoqrafiya və kartoqrafiya işlərinin həyata keçirilməsi; Dəmir yolu, avtomobil yolu və digər infrastruktur layihələri üzrə geodeziya işlərinin aparılması; Topoqrafik ölçmə məlumatlarının emalı və təhlili; Rəqəmsal ərazi modellərinin, topoqrafik planların, uzununa və eninə profillərin hazırlanması; Koordinat sistemləri və geodeziya istinad şəbəkələri ilə işləmək; Layihə sənədlərinin hazırlanması və texniki yoxlanılması; Sahə və ofis işlərinin koordinasiyası; Texniki hesabatların hazırlanması; Digər mühəndislik bölmələri ilə koordinasiyalı fəaliyyətin təmin edilməsi. Namizədə dair tələblər Geodeziya, xəritəçilik, geomatika mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; AutoCAD və Civil 3D proqramlarında işləmək bacarığı; ArcGIS və QGIS proqramları üzrə biliklər üstünlükdür; GNSS/GPS, Total Station və nivelir avadanlıqları ilə işləmək bacarığı; İnfrastruktur layihələrində iş təcrübəsi üstünlükdür; Azərbaycan dilini sərbəst bilmək, türk və ingilis dili bilikləri üstünlükdür; Analitik düşünmə, məsuliyyətlilik və komandada işləmək bacarığı; Ezamiyyətlərə getmək imkanının olması. İş şəraiti İş yeri: Zəngilan rayonu; İş rejimi: Tam iş günü; Rəsmiləşdirmə: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun; Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək; İrimiqyaslı yerli və beynəlxalq mühəndislik layihələrində iştirak; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Maraqlanan namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Geodeziya və xəritə mühəndisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Son müraciət tarixi: 25.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/yuksel-proje-as-geodeziya-ve-xerite-muhendisi-156943
REKLAM