Prayk

Help Desk mütəxəssisi

1 500 ₼
Yoxlanılıb3 həftə əvvəl
Şəhər
Bakı
Tarix
Nömrə
№1766399

Təsvir

Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarına texniki dəstək; İstifadəçi hesablarının yaradılması və giriş hüquqlarının idarə olunması; Windows, şəbəkə və proqram problemlərinin ilkin diaqnostikası; IP kamera, DVR/NVR/MDVR və video sistemlərinin sazlanması və texniki dəstəyi; Yeni proqram və platformaların öyrənilməsi və administrasiyası; Texniki problemlərin qeydiyyatı və zəruri hallarda eskalasiyası. İş yeri: Bakı şəhəri Təminatlar: Rəsmi işə qəbul; Korporativ mühit; Stabil əmək haqqı; Peşəkar və praktiki təlim, kənar təlimlərdə iştirk; Sistem administrasiyası, GPS/IoT, server və video sistemləri üzrə inkişaf imkanı; Real layihələr üzərində praktiki təcrübə; Performansa uyğun əmək haqqı və karyera artımı. Korporativ mobil rabitə Tələblər: IT Help Desk, Technical Support və ya Junior System Administrator üzrə baza bilikləri; Windows əməliyyat sistemi üzrə yaxşı bilik; TCP/IP, IP, DNS, DHCP, port, LAN/WAN üzrə baza bilikləri; IP kamera, DVR/NVR/MDVR və video müşahidə sistemləri haqqında ümumi anlayış; Kamera IP, port, stream, codec, bitrate və şəbəkə parametrləri barədə baza bilikləri; Router, modem, SIM kart və 4G/LTE bağlantılarının ilkin sazlanmasını bacarmaq; AnyDesk, TeamViewer, Remote Desktop kimi uzaqdan dəstək vasitələri ilə işləmək; Linux, SSH, server, API və log anlayışları üstünlükdür; Rus dili – mütləq; İngilis dili – orta səviyyə; Yeni sistemləri sürətli öyrənmək, analitik düşünmək və problemi mərhələli araşdırmaq bacarığı; Məsuliyyətli, diqqətli və sistemli işləmək. Vəzifə öhdəlikləri: Şirkətdə istifadə olunan IT sistemləri və proqram təminatlarının gündəlik administrasiyası və texniki dəstəyi; İstifadəçi hesablarının yaradılması, sazlanması və giriş hüquqlarının idarə olunması; Windows, şəbəkə və proqram təminatı ilə bağlı problemlərin ilkin diaqnostikası və aradan qaldırılması; GPS/IoT, video monitorinq və digər texniki platformaların öyrənilməsi və idarə olunması; IP kamera, DVR/NVR/MDVR və əlaqəli avadanlıqların sazlanması və işləkliyinin yoxlanılması; Router, modem, SIM/4G bağlantıları və şəbəkə parametrlərinin ilkin sazlanması; Cihazların server və platformalara qoşulması ilə bağlı problemlərin araşdırılması; Sistem loglarının və texniki məlumatların yoxlanılması; Uzaqdan qoşulma vasitələri ilə istifadəçilərə texniki dəstəyin göstərilməsi; Görülmüş işlərin, sazlamaların və texniki problemlərin qeydiyyatı və sənədləşdirilməsi; Həll olunmayan texniki məsələlərin düzgün şəkildə aidiyyəti üzrə eskalasiyası. Maaş: 1500-2000 AZN Yaş: 22-28 Təhsil: Ali İş təcrübəsi: 1 ildən aşağı

Bənzər elanlar