Prayk
Hesabatlılıq şöbəsinin təcrübəçisi — Maliyyə
Razılaşma yolu ilə

Hesabatlılıq şöbəsinin təcrübəçisi

Kopya2 həftə əvvəl
Kateqoriya
Maliyyə
Tarix
Baxışlar
3
Nömrə
№4547590

Təsvir

Vəzifə öhdəlikləri Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək; Maliyyə məlumatlarının toplanması, sistemləşdirilməsi və düzgünlüyünün yoxlanılmasına dəstək göstərmək; Balans hesabatı (BS), mənfəət və zərər hesabatı (P&L) və pul vəsaitlərinin hərəkəti hesabatının hazırlanması prosesində iştirak etmək; Microsoft Excel vasitəsilə maliyyə məlumatlarını emal etmək və hesabatların hazırlanmasına dəstək göstərmək; Faktiki maliyyə göstəricilərinin büdcə göstəriciləri ilə müqayisəli təhlilində iştirak etmək; Daxili idarəetmə və requlyativ hesabatların hazırlanması üçün zəruri məlumatları toplamaq və sistemləşdirmək; Məhsullar və satış kanalları üzrə maliyyə göstəricilərinin təhlilinə dəstək göstərmək; Daxili və kənar audit prosesləri çərçivəsində tələb olunan məlumatların hazırlanmasında iştirak etmək; Hesabatlarda məlumatların tamlığına, düzgünlüyünə və ardıcıllığına nəzarət etmək; Hesabatların avtomatlaşdırılması və iş proseslərinin təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək; Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Vəzifə üzrə tələblər Maliyyə, iqtisadiyyat, mühasibat uçotu və ya əlaqəli ixtisaslar üzrə ali təhsil almaq və ya sonuncu kurs tələbəsi olmaq; Mühasibat uçotu və maliyyə hesabatları üzrə biliklərə malik olmaq; Microsoft Excel proqramı üzrə biliklərinə malik olmaq; Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı; Diqqətlilik, məsuliyyətlilik və detallara həssas yanaşma; Komandada işləmək və yeni bilikləri mənimsəmək bacarığı; Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq. IFRS üzrə biliklərə malik olmaq üstünlükdür; İngilis dili biliyi üstünlükdür; Maliyyə hesabatlarının hazırlanması və Excel ilə işləmək üzrə praktiki təcrübəyə malik olmaq üstünlükdür. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 13.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Unicapital jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp