












39 000 ₼
Həyət evi, Məhəmmədli qəs
Rayon məlum deyil — aralıq bütün şəhər üzrədir, dəqiq müqayisə deyil
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 70 000 ₼ – 110 000 ₼
Belə elanlar orta hesabla 12 günə bağlanır
m² qiyməti 390 ₼ · Bakı medianı 1 167 ₼ — 67 % ucuz · rayon məlum deyil — bütün şəhərlə müqayisə
SatılırOrijinalİşlənmiş1 ay əvvəl
ŞəhərBakı
KateqoriyaEv, bağ, kottec
Əməliyyat növüSatış
Əmlakın növüHəyət evi / Bağ / Villa
Otaq sayı3
Sahə100 m²
Tarix
Baxışlar28
Nömrə№2616372
Təsvir
Məhəmmədidə Zeytun Parkı yaxınlığında 5 sotda KUPÇALI Həyət Evi!
Təcili satıldığı üçün dəyərindən aşağı qiymətə təklif olunur! Məhəmmədi qəsəbəsinin ən prestijli və perspektivli yerlərindən birində, Zeytun Parkından cəmi 400 metr, əsas yoldan isə cəmi 350 metr məsafədə yerləşən mülk satılır.
Torpaq sahəsi 5 sota yaxındır, xüsusi mülkiyyətdir və Kupçası (Çıxarışı) var. Tikili təxminən 100 kv.m sahəni əhatə edir, 3 otaqlıdır (geniş zal, 2 yataq otağı, mətbəx və sanuzel). Zalın ölçüsü kifayət qədər böyük olduğu üçün istəyə uyğun olaraq zal-studio edib yataq otağı sayını 3-ə çatdırmaq mümkündür.
Ev qoşa daşla, 5 daş kürsülü inşa olunub və dam örtüyü keyfiyyətli dəmir çerepitsa ilə bağlanıb. Otaqların əksəriyyəti suvanıb, 2 böyük pəncərəsi qoyulub. Tikinti işləri tamamlanıb, əsasən kosmetik işlər qalıb. Həyət tam hasara alınıb və ətrafda tam yaşayış var. Qaz, su, işıq xətləri məhəllədə mövcuddur. Kommunal xətlərin çəkilməsi tam mümkündür və bu işlərdə aidiyyatı şəxslərlə əlaqələndirməyə köməklik göstərilə bilər.
Mülk birbaşa sahibi tərəfindən satılır. Sənədlər tam qaydasındadır, notarial qaydada elə həmin gün alqı-satqı edilə bilər. Real alıcı ilə mülkün yanında qiymətdə razılaşmaq olar.
REKLAM










