Prayk

Horeca satış müdiri

3 000 ₼
Yoxlanılıb1 həftə əvvəl
Kateqoriya
Satış
Tarix
Baxışlar
9
Nömrə
№3626136

Təsvir

“CAMAL” LTD şirkəti HORECA satış istiqaməti üzrə Satış meneceri vəzifəsinə peşəkar və nəticəyönümlü namizəd axtarır. Vəzifə öhdəlikləri HORECA satış istiqamətinin gündəlik fəaliyyətinin təşkili və idarə olunması; Satış komandasının fəaliyyətinə rəhbərlik etmək, iş bölgüsü aparmaq və nəticələri nəzarətdə saxlamaq; Yeni HORECA müştərilərinin cəlb edilməsi və mövcud müştəri bazasının genişləndirilməsi; Restoran, kafe, otel və digər HORECA obyektləri ilə işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi; Satış hədəflərinin müəyyənləşdirilməsi və icrasına nəzarət etmək; Satış planlarının hazırlanması və nəticələrin mütəmadi təhlili; Müştəri ehtiyaclarını müəyyən etmək və uyğun məhsul/təkliflərin təqdim olunmasını təmin etmək; Komanda üzvlərinin fəaliyyət göstəricilərini qiymətləndirmək və satış effektivliyinin artırılması istiqamətində tədbirlər görmək; Müştəri şikayət və müraciətlərinin operativ şəkildə araşdırılmasını və həllini təmin etmək; Satış hesabatlarının hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək; Debitor borcların və ödəniş intizamının nəzarətdə saxlanılmasında iştirak etmək; Şirkətin satış siyasətinə və daxili prosedurlarına riayət olunmasını təmin etmək. Namizədə tələblər Ali təhsil; HORECA, FMCG və ya satış sahəsində ən azı 5-10 il iş təcrübəsi; Satış komandasının idarə olunması üzrə təcrübə; HORECA bazarı və müştəri seqmentləri haqqında məlumatlılıq; Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı; Komanda idarəetməsi və liderlik bacarığı; Analitik düşüncə və hesabatlarla işləmə bacarığı; Satış hədəflərinə fokuslanmaq və nəticəyönümlü yanaşma; MS Office proqramlarında, xüsusilə 1 C proqramında işləmək bacarığı; Azərbaycan dilində və rus dilində səlis danışıq və yazı qabiliyyəti; İş şəraiti İş qrafiki: 6 günlük Əmək haqqı: 3000-3500 Azn (bonus) İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi,R.Allahverdiyev küçəsi,döngə 9/21D Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Horeca satış müdiri” yazmaqla müraciət edilir. Maaş: 3000 AZN Son müraciət tarixi: 02.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Camal LTD jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM