
3
Hüquqşünas

Razılaşma yolu ilə
Hüquqşünas
YoxlanılıbBu gün
Tarix
Baxışlar3
Nömrə№5892542
Təsvir
VUMES MMC komandamıza qoşulmaq üçün hüquq sahəsində peşəkar bilik və praktiki təcrübəyə malik, məsuliyyətli və təşəbbüskar Hüquqşünas axtarışındadır.
Əsas vəzifə öhdəlikləri:
Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğunluğunun təmin edilməsində iştirak etmək;
Şirkətin hüquqi maraqlarını qorumaq və hüquqi risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində tədbirlər görmək;
Müqavilələrin, sazişlərin, protokolların və digər hüquqi sənədlərin hazırlanmasını, təhlilini və hüquqi ekspertizasını həyata keçirmək;
Şirkətdaxili əmr, sərəncam, qərar və digər hüquqi sənədlərin hazırlanmasında iştirak etmək;
Şirkətin dövlət qurumları, hüquqi və fiziki şəxslərlə münasibətlərində hüquqi məsələlərin tənzimlənməsini təmin etmək;
Məhkəmə və digər dövlət orqanlarında şirkətin hüquqi maraqlarını təmsil etmək;
Hüquqi sorğuların, müraciətlərin və rəsmi məktubların hazırlanmasını təmin etmək;
Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsirini qiymətləndirmək;
Hüquqi sənədlərin sistemləşdirilməsi, qeydiyyatı və uçotunun aparılmasını təmin etmək.
Namizədə dair tələblər:
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
Hüquq sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, İnzibati Prosessual Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər normativ hüquqi aktlar üzrə mükəmməl biliklər;
İcra haqqında qanunvericilik və beynəlxalq hüquqi normalar barədə biliklər;
Müqavilə hüququ, əmək münasibətləri və korporativ hüquq sahəsində praktiki təcrübə;
Hüquqi sənədlərin hazırlanması, təhlili və sistemləşdirilməsi bacarığı;
Analitik düşünmə, problem həll etmə və qərarvermə qabiliyyəti;
Yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: Tam iş günü;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 12.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/vumes-mmc-huquqsunas-155999
REKLAM














