Prayk

Hvac mühəndis

1 500 ₼
Yoxlanılıb1 həftə əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
6
Nömrə
№4719792

Təsvir

Vəzifə: HVAC mühəndisi İş yeri: NAT CORP MMC İş qrafiki: 5 günlük iş qrafiki ( 0900 – 1800 ) Əmək haqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən ediləcək. Vəzifə haqqında Şirkətimiz HVAC (Heating, Ventilation and Air Conditioning) — isitmə, havalandırma və kondisioner sistemlərinin layihələndirilməsi, quraşdırılması, istismarı və texniki nəzarəti sahəsində çalışacaq məsuliyyətli və peşəkar HVAC mühəndisi axtarır. Təklif edirik Peşəkar inkişaf və karyera yüksəlişi imkanı; Peşəkar komanda ilə işləmək; Bilik və təcrübəyə uyğun əmək haqqı; Müasir mühəndislik layihələrində iştirak imkanı. Müraciət qaydası Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “HVAC mühəndisi” qeyd etməklə aşağıdakı əlaqə vasitəsinə göndərə bilərlər. E-mail: [email protected] Əlaqə nömrəsi: 010 – 256 – 01 – 78 Əsmər xanım Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Tələblər: Müvafiq mühəndislik ixtisası üzrə ali təhsil; HVAC, isitmə, havalandırma və kondisioner sistemləri üzrə nəzəri və praktiki biliklər; Çiller, fancoil, AHU, nasoslar və digər mühəndislik avadanlıqları haqqında məlumatlı olmaq; AutoCAD proqramı ilə işləmək bacarığı; Texniki çertyojları və layihə sənədlərini oxumaq bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Analitik düşünmə, problem həll etmə və komanda ilə işləmək bacarığı; Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq. Üstünlük hesab olunur: HVAC sahəsində iş təcrübəsi; Revit MEP və ya digər mühəndislik proqramları üzrə biliklər; HVAC avadanlıqlarının seçilməsi, texniki hesablamalar və layihələndirmə təcrübəsi; İngilis dilində texniki sənədlərlə işləmək bacarığı. Vəzifə öhdəlikləri: HVAC sistemlərinin layihələrinin hazırlanmasında və texniki həllərin seçilməsində iştirak etmək; Çiller, fancoil, AHU, VRF/VRV və digər HVAC avadanlıqlarının texniki xüsusiyyətlərini təhlil etmək; İsitmə, soyutma və havalandırma sistemlərinin hesablamalarını aparmaq; Texniki layihələri, spesifikasiyaları və avadanlıq siyahılarını hazırlamaq; Avadanlıqların seçilməsi, quraşdırılması və istismara verilməsi proseslərinə nəzarət etmək; Texniki sənədləri, çertyojları və işçi layihələri oxumaq və təhlil etmək; Layihələrin texniki norma və standartlara uyğunluğunu təmin etmək; Podratçılar, təchizatçılar və digər mühəndislərlə əməkdaşlıq etmək; HVAC sistemlərində yaranan texniki problemləri müəyyənləşdirmək və həll yolları təklif etmək. Maaş: 1500-2000 AZN Yaş: 20-50 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© NAT CORP MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp