
Bakı8












19 400 ₼
Hyundai Sonata, 2.0 L, 2011 il, 218 286 km
Oxşar elanların çoxundan bahadır
Oxşar 83 elanın orta qiyməti 18 300 ₼ — bu elan təxminən 1 100 ₼ (6%) bahadır.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 16 900 ₼ – 19 300 ₼
Satıcıya 18 300 ₼ təklif edə bilərsiniz — oxşar elanların orta qiyməti təxminən budur.
SatılırYoxlanılıbİşlənmişBu gün
ŞəhərBakı
KateqoriyaAvtomobillər
MarkaHyundai
ModelSonata
Buraxılış ili2011 il
Yürüş218286 km
Mühərrikin həcmi2 L
Sürətlər qutusuAvtomat
Ban növüSedan
RəngAğ
Yanacaq növüBenzin
Mühərrikin gücü165 a.g.
ÖtürücüÖn
Yerlərin sayı5
Hansı bazar üçün yığılıbKoreya
Vuruğu yoxdurBəli
RənglənməyibBəli
Tarix
Baxışlar8
Nömrə№6258823
Təsvir
Avtomobil yaxşı vəziyyətdədir və şəxsi istifadədə olub. Gün ərzində əsasən iş-ev marşrutu üzrə istifadə edilib, gündəlik yürüşü maksimum 5-10 km təşkil edib. Yürüşü orijinaldır.
Bildiyim qədərilə avtomobilin 3-cü sahibiyəm. Mühərrik yağı rəsmi yağdəyişmə servisində vaxtlı-vaxtında dəyişdirilib. Keyfiyyətsiz və ucuz yağlardan istifadə olunmayıb. Avtomobil daim 92 oktan benzinlə idarə edilib.
İstifadə etdiyim müddət ərzində avtomobil mənə hər hansı əlavə xərc yaratmayıb. İş qrafikimin sıx olması səbəbindən bəzi kosmetik qüsurlar aradan qaldırılmayıb. Həmin qüsurlar fotolarda aydın görünür.
Avtomobilin keçmişdə bir dəfə arxadan zərbəsi olub. Hadisə nəticəsində zədələnmiş detallar yeniləri ilə əvəz edilib. Əvəzlənməsi mümkün olmayan detallar isə yüksək səviyyədə təmir olunub.
Avtomobildə işləməyən heç bir funksiya yoxdur. Bütün funksiyaları işlək vəziyyətdədir. Panoram lyuk mövcuddur və tam qaydasında işləyir.
Avtomobilə baxış zamanı vəziyyəti ilə bağlı bütün məlumatları ətraflı təqdim etməyə hazıram. Avtomobildə mənim də məlumatım olmayan və baxış zamanı əvvəlcədən aşkar edə bilmədiyim ciddi texniki xərclər müəyyən olunarsa, bu məsələdə alıcı ilə ortaq məxrəcə gəlməyə və qarşılıqlı razılaşma əsasında həll yolu tapmağa hazıram.
Qiymət avtomobilin ümumi vəziyyəti, mövcud kosmetik qüsurları və nəzərə alınmalı xərcləri nəzərə alınaraq müəyyən edilib. Qiymətdə yalnız cüzi endirim nəzərdə tutulub. Real alıcı ilə avtomobilə baxış zamanı müəyyən qədər razılaşmaq mümkündür. Bundan aşağı qiymətə satmaq fikrim yoxdur.
Avtomobilə Sumqayıt, Abşeron ray, Bakı Azadlıq metrosu yaxınlığıdakı ərazidə baxış etmək mümkündür.
Elanın mənbəyi
Orijinal elanı aç© Cəlal turbo.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM














