Prayk
İlməkçi-rigerv — Sənaye, istehsal
1 000 ₼

İlməkçi-rigerv

YoxlanılıbBu gün
Tarix
Baxışlar
4
Nömrə
№5607552

Təsvir

Peşə və funksional öhdəliklər: Tikintidə yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların daşınması, qaldırılması və quraşdırılması işlərini yerinə yetirmək; İşə başlamazdan əvvəl trosların, kəndirlərin, zəncirlərin, ilgəclərin və digər takelaj avadanlıqlarının texniki sazlığını yoxlamaq; Yüklərin kütləsi və forması (konfiqurasiyası) əsasında tros, kanat, zəncir və digər xüsusi takelaj ləvazimatlarını seçmək və onların texniki vəziyyətini yoxlamaq; Daşınacaq yüklərin, avadanlıqların, mexanizmlərin və konstruksiyaların ümumi kütləsini və ağırlıq mərkəzini düzgün müəyyənləşdirmək; Yükün çəkisini, ölçülərini və ağırlıq mərkəzini nəzərə alaraq təhlükəsiz daşınma sxemini hazırlamaq; Yüklərin düzgün şəkildə bağlanmasını (strop olunmasını) və təhlükəsiz şəkildə açılmasını təmin etmək; Daşınma zamanı yük hissələrinin yerindən tərpənməsinin və düşməsinin qarşısını almaq; Stropların zədələnməsinin qarşısını almaq üçün iti kənarlı səthlərə xüsusi qoruyucu altlıqlar qoymaq; Qeyri-standart, uzunölçülü və iri qabaritli yüklərlə işləyərkən xüsusi qaldırma və sabitləmə metodlarından istifadə etmək; Qaldırıcı qurğularla işləyərkən kran operatorları və digər əməkdaşlarla koordinasiyalı fəaliyyət göstərmək, onlara aydın və dəqiq göstərişlər vermək; Dar keçidlərdə və mürəkkəb şəraitdə yüklərin və avadanlıqların dəqiq və düzgün yerləşdirilməsini həyata keçirmək; Namizədə dair tələblər: Yaş həddi: 25-55 yaş İlməkçi işləmək üçün sertifkatın olması zəruridir Müvafiq peşə üzrə iş təcrübəsi (tikinti layihələri üzrə təcrübə üstünlükdür); Fiziki cəhətdən sağlam və işə davamlı olmaq Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək Əl alətləri ilə işləmək bacarığı (üstünlükdür) İş şəraiti: İş yeri: Bakı şəhəri, Xətai rayonu. İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: 1000 manat Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Maaş: 1000 AZN Son müraciət tarixi: 04.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Avrasya Baku İnşaat jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp