Prayk
İndinin gücü yeni — Kitablar, Bakı
9.35 ₼

İndinin gücü yeni

SatılırYoxlanılıbİşlənmiş1 ay əvvəl
Şəhər
Bakı
Kateqoriya
Kitablar
Tarix
Baxışlar
6
Nömrə
№2024230

Təsvir

Kitabda buddizm, mistizm, İsa Məsih və yeni dövr Zen təliminə xas yanaşmalar sintezli şəkildə təqdim olunur. Bildiyiniz kimi, günümüzdə insan həyatı olduqca gərgin və stresslidir. Müəllif səbəblərdən biri kimi insanın öz daxili aləmindən uzaqlaşmasını, özünü zehinlə eyniləşdirməsini göstərir. Qeyd edir ki, indinin fərqində olan insan zehinin keçmiş və gələcəklə bağlı illüziyasına da inanmayacaq, onu aldatmasına imkan verməyəcək. Zehin insanda keçmiş və gələcəklə bağlı illüziyalar yaradaraq bizi içində olduğumuz zamandan ayırır, nəticədə stress və narahatlıq mənbəyinə çevrilir. Müəllif kitabda oxucunun diqqətini indinin gücünə çəkməyə çalışır, keçmiş və gələcəyin düşüncədən başqa heç bir anlam ifadə etmədiyini vurğulayır, onlara həyatlarına nəzarət etmək üçün metodlar təklif edir. Qeyd edir ki, keçmişə və gələcəyə təsir etmək bizim gücümüz xaricindədir. Biz yalnız indiyə, içində olduğumuz ana təsir edərək həyatımızı dəyişə, xoşbəxtlik və hüzura qovuşa bilərik. Siz də Ekhart Tollenin bu möhtəşəm kitabını oxumaqla indinin gücünə qovuşa, onu həyatınızı dəyişmək üçün istifadə edə bilərsiniz. Ən əsası, zehinin sizə oynadığı oyunlardan xəbərdar olacaq, müəllifin təklif etdiyi metodlardan istifadə edərək həyatınıza nəzarəti ələ alacaqsınız. Müəllif: ECKHART TOLLE Nəşriyyat: Qanun nəşriyyatı Dil: AZE Cild: Yumşaq Səhifə sayı: 256

Elanın mənbəyi

Orijinal elanı aç

© libraff.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp