Prayk

İngilis Dili Müəllimi

Razılaşma yolu ilə
YoxlanılıbDünən
ŞəhərBakı
KateqoriyaTəhsil və elm

№6421501·Baxışlar: 5

Təsvir

Vakansiya: İngilis dili müəllimi (IELTS və Ümumi İngilis dili) Müəssisə: Graham Academy Yeni açılan, müasir və intellektual yanaşmaya əsaslanan Graham Academy komandasına peşəkar İngilis dili müəllimi axtarılır. Biz dil tədrisinə yalnız əzbər qaydalar və mexaniki test kimi deyil, dərin düşünmə, səlis ifadə və real nəticə mühiti kimi yanaşırıq. Vəzifə öhdəlikləri: Ümumi ingilis dili (danışıq, oxu, dinləmə və analitik ifadə bacarıqlarının inkişafı yönümlü) və IELTS proqramı üzrə fərdi və qrup dərslərinin keçirilməsi; Tələbələrin dil səviyyəsinə və məqsədinə uyğun fərdi yanaşmanın tətbiqi; Dərs planlarının hazırlanması və tələbələrin irəliləyişinin mütəmadi izlənilməsi. Namizədə tələblər: Təhsil: Ali təhsil (İngilis dili və ədəbiyyatı məzunlarına xüsusi üstünlük verilir, ingilis dili müəllimliyi ixtisası da qəbul olunur); Təcrübə: Sahə üzrə 1–3 il iş təcrübəsi; Sertifikatlar: IELTS (minimum 7.5+), varsa TOEFL 105+, CELTA sertifikatının olması böyük üstünlükdür (TESOL / TEFL, TKT və ya digər beynəlxalq sertifikatlar əlavə üstünlük kimi qiymətləndirilir). Şəxsi keyfiyyətlər: Güclü ünsiyyət bacarığı və dərs mühitini idarəetmə qabiliyyəti; Yüksək məsuliyyət hissi, intizam və işə peşəkar yanaşma; Analitik yanaşma, yaradıcılıq və dərsləri canlı, maraqlı qurmaq bacarığı; Tələbələrə fərdi yanaşma, səbir və empatiya; Özünüinkişafa açıq olmaq və tələbkarlıq. İş şəraiti: İş rejimi: Dərs saatlarına uyğun çevik qrafik; Format: Dərslər əsasən əyani keçirilir, tələb və zərurət yarandıqda onlayn dərslər də ola bilər; Əməkhaqqı: Namizədin bilik, təcrübə və sertifikatlarına uyğun olaraq razılaşma yolu ilə.

Elanın mənbəyi

Orijinal elanı aç

© Graham Academy busy.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM