
1
İnsan Resursları üzrə mütəxəssis

Razılaşma yolu ilə
İnsan Resursları üzrə mütəxəssis
OrijinalBu gün
Tarix
Baxışlar1
Nömrə№4597728
Təsvir
İşin təsviri:
Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək;
Sənəd dövriyyə sisteminin qurulması prosesində iştirak etmək;
Dövlət Statistika hesabatlarını hazırlamaq və kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və s. əmrləri hazırlamaq;
Əmək haqqı, dərəcələndirmə və bonus sistemlərinin qurulmasında iştirak etmək;
Vəzifə təyinatlarının Əmək münasibətləri və məşğulluq altsistemində qeydə alınmasını və yeni əməkdaşların sənədləşdirilməsi prosesini icra etmək;
Şirkət strukturlarının vəzifə təlimatlarının qeydiyyatını aparmaq;
Şirkət əməkdaşlarının əmək müqaviləsinə xitam vermək və əməkdaşlarla son haqq-hesabı həyata keçirmək, əmək kitabçalarını işdən çıxan əməkdaşlara təqdim etmək;
Görülən işlərlə bağlı gündəlik, həftəlik, aylıq hesabatlar hazırlamaq və hesabat verdiyi instansiyaya təqdim etmək.
Yeni işçilərin adaptasiya prosesini təşkil etmək, sınaq müddətlərini izləmək;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, qeydiyyatının aparılması və dəyişikliklərin müntəzəm olaraq qeydə alınması;
Vakansiyalara uyğun namizədlərin seçilmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədləri xəbərdar etmək;
Aylıq tabellərin hazırlanıb, maliyyə şöbəsinə təqdim etmək.
Namizəd üçün tələblər
Cinsi: Qadın;
Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, İngilis dili biliyi arzuolunandır;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Əmək münasibətləri və məşğulluq altsistemində işləmək bacarığı
Ali təhsil (İnsan Resursları sahəsində olması üstünlükdür);
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək;
Microsoft Office ( Word, Excel,1C ) proqramlarında sərbəst işləmək.
İş şərtləri:
Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir
5 gün iş günü
İş qrafki: saat 09:00-dan 18:00-na kimi
Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə
CV”-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu yerində "İnsan Resursları üzrə mütəxəssis" başlığı yazmaqla göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 14.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Almep Engineering Group jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM














