Prayk

İnsan resursları və inzibati işlər şöbəsinin müdiri

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
HR, kadrlar
Tarix
Baxışlar
4
Nömrə
№6105667

Təsvir

Namizədə olan tələblər: Ali təhsil(İnsan Resurslarının İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır); İnsan resursları sahəsində təcrübə minimum 5 il; AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli; İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olmalı; Azərbaycan dili səlis, rus və ingilis dili üstünlükdür; Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook) bilməli. Vəzifə öhdəlikləri: Kadr kargüzarlığı işlərinin — əmək müqavilələri, əmrlər, e-gov bildirişləri — düzgün və vaxtında aparılmasına nəzarət etmək; İllik məzuniyyət qrafikini hazırlamaq və icrasını izləmək; İşə qəbul proseslərində şirkət adından rəy vermək; Onboarding və offboarding proseslərini təşkil etmək və nəzarətdə saxlamaq; Performans qiymətləndirmə prosesini idarə etmək və nəticələri rəhbərliyə təqdim etmək; Şirkət üzrə illik təlim ehtiyaclarını müəyyən etmək və təlimlərin nəticəsini ölçmək; Əməkhaqqı və vəzifə dəyişikliyi proseslərini idarə etmək; Bonus, əməkhaqqı artımı və intizam tədbirləri üzrə təhlil aparmaq və təkliflər hazırlamaq; Struktur dəyişiklikləri və ştat vahidləri barədə rəhbərliyə əsaslandırılmış rəy vermək; İşçi məmnuniyyəti sorğularını təşkil etmək və nəticələrini təhlil etmək; Korporativ mühitin yaxşılaşdırılması üzrə tədbirlər planı hazırlamaq; Teambuilding və daxili tədbirlərin keçirilməsinə dəstək göstərmək; Əmək mübahisələrini və intizam pozuntularını qanunvericilik çərçivəsində həll etmək; Holdinqin HR siyasətlərinin, qayda və prosedurlarının şirkətdə tətbiqini təmin etmək; İşçi axını və digər HR göstəriciləri üzrə mütəmadi hesabatlar hazırlamaq; Tabeliyindəki HR mütəxəssisinin işinə rəhbərlik etmək. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Məhəllə 1965, Çinar Park, Bina 1. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan resursları və inzibati işlər şöbəsinin müdiri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/206678/insan-resurslari-ve-inzibati-isler-sobesinin-mudiri
REKLAM