Prayk
İnzibati işlər üzrə aparıcı mütəxəssis — HR, kadr
Razılaşma yolu ilə

İnzibati işlər üzrə aparıcı mütəxəssis

YoxlanılıbDünən
Kateqoriya
HR, kadrlar
Tarix
Baxışlar
1
Nömrə
№3398228

Təsvir

Tələblər: İdarəetmə, iqtisadiyyat, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil; İnzibati işlər, ofis inzibatçılığı və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi; MS Office proqramları (yaxşı); Azərbaycan dilində sərbəst, rus dili üstünlükdür; Dövlət qurumları, xidmət təminatçıları və struktur bölmələrlə işgüzar ünsiyyət və inzibati proseslərin koordinasiyası bacarığı; Təşkilatçılıq, operativlik, işlərin icrasına nəzarət və hesabat hazırlamaq bacarığı. Vəzifə öhdəlikləri: Dövlət qurumları və şirkət arasında inzibati məsələlər üzrə əlaqələri və qarşılıqlı fəaliyyəti koordinasiya etmək; İcazə, sertifikat, rəy və digər inzibati sənədlərin alınması ilə bağlı müraciət və sənədləşmə proseslərini koordinasiya etmək; Ofis meneceri və qeydiyyatçıların gündəlik fəaliyyətini koordinasiya etmək, tapşırıqların icrasını izləmək; Ofis avadanlıqları, ləvazimatlar və digər inzibati resursların uçotunu və təminatını təşkil etmək; Ofisdə təmir, texniki xidmət, yerdəyişmə və digər təsərrüfat işləri üzrə müraciətlərin icrasını koordinasiya etmək; Yeni əməkdaşların inzibati ehtiyaclarla təmin olunmasını, eləcə də əməkdaş və ziyarətçilər üçün gündəlik ofis xidmətlərinin təşkilini təmin etmək; İnzibati xərclər və büdcə üzrə məlumatları toplamaq, hesabatların hazırlanmasına dəstək göstərmək; Rəhbər heyət və əməkdaşların işgüzar səfərlərini, nəqliyyat və digər əlaqəli inzibati məsələləri təşkil etmək; Şirkətə aid nəqliyyat vasitələri, əmlak və digər inzibati aktivlər üzrə sənədləşmə, texniki xidmət, sığorta və digər prosesləri izləmək; İnzibati proseslər üzrə tədbirlərin icrasını koordinasiya etmək, dövri hesabatlar üçün məlumatları hazırlamaq. İş şərtləri və əlavə üstünlüklər: İş yeri: Bakı şəhəri (Çıraq Plaza biznes mərkəzi); İş qrafiki: Həftənin 5 günü, 09:00–18:00; Ezamiyyətlərə açıq iş rejimi; Könüllü tibbi sığorta (3 ay sonra); “Dəyərlisən” mobil tətbiqi “PAŞA Loyallıq platforması. Vakansiya ilə bağlı “İnzibati işlər üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 28.10.2026 Müraciət: https://jobsearch.az/vacancies/foodcity-agropark-inzibati-isler-uzre-aparici-mutexessis-152428

Bənzər elanlar