Fəaliyyət məqsədlərinə uyğun olaraq müəyyən olunmuş günlük, aylıq, illik və digər hesabatları hazırlamaq və aidiyyəti üzrə təqdim etmək; Yükaşırma, gəlir və mənfəətin terminallar üzrə təhlil edilməsində iştirak etmək; Nəqliyyat marşrutlarının və dəhlizlərinin ilkin təhlilinin aparılmasında iştirak etmək; İdarəetmə və operativ uçotun təşkilini həyata keçirmək; Aylıq əməliyyat məlumatlarını toplamaq və işləmək, verilənlər bazalarını yaratmaq, böyük həcmli məlumatları təhlil etmək və daxili və xarici tərəfdaşlar üçün aydın analitik hesabatlar hazırlamaq; Bazar trendlərini təhlil etmək və statistik üsullardan istifadə etməklə yük dövriyyəsi həcmlərini, gəmilərin giriş-çıxışlarını və yük növlərini proqnozlaşdırmaq.
Tələblər:
Təhsil səviyyəsi: Ali təhsil (iqtisadiyyat, maliyyə, statistika, menecment və ya digər müvafiq ixtisaslar üzrə təhsil arzuolunandır).
Bilməlidir:
İqtisadi təhlil, məlumat bazaları ilə işləmə və statistik məlumatların emalı sahəsində nəzəri və praktiki biliklər.
Bacarıqlar və şəxsi keyfiyyətlər:
Analitik düşüncəPronozlaşdırmaTəşəbbüskarlıqPlanlaşdırma
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Mütəxəssis
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-iqtisadci-baki-limani-36850273/apply