Prayk
İşə qəbul üzrə mütəxəssis — Təhsil və elm, Bakı
Razılaşma yolu ilə

İşə qəbul üzrə mütəxəssis

Kopya1 həftə əvvəl
Şəhər
Bakı
Kateqoriya
Təhsil və elm
Tarix
Baxışlar
1
Nömrə
№4516660

Təsvir

Açıq vakansiyalar üzrə namizədlərin müxtəlif işə qəbul platformaları vasitəsilə axtarışını və seçimini həyata keçirmək;Daxil olan CV-ləri təhlil etmək, uyğun namizədləri müəyyənləşdirmək və ilkin seçim prosesini aparmaq;Namizədlərlə müsahibələri təşkil etmək, müsahibələrdə iştirak etmək və qiymətləndirmə prosesini həyata keçirmək;Struktur bölmə rəhbərləri ilə əməkdaşlıq edərək vakansiyalar üzrə namizəd ehtiyaclarını müəyyənləşdirmək;Namizədlərin peşəkar bilik, bacarıq və səriştələrini müvafiq qiymətləndirmə üsulları ilə dəyərləndirmək;Seçilmiş namizədlər üzrə iş təkliflərini hazırlamaq və işə qəbuldan əvvəlki prosedurları koordinasiya etmək;İşə qəbul proseslərinə dair məlumatların sistematik qeydiyyatını aparmaq və müvafiq hesabatları hazırlamaq;İşə qəbul proseslərinin təkmilləşdirilməsi və namizəd bazasının genişləndirilməsi istiqamətində fəaliyyət göstərmək. Tələblər: Ali təhsil (İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə);İşə qəbul sahəsində minimum 2 il iş təcrübəsi;İngilis dili – yaxşı, rus dili – səlis səviyyədə;Namizədlərin axtarışı, seçimi və müsahibələrin aparılması üzrə praktiki bilik və bacarıqlar;LinkedIn və digər işə qəbul platformalarından istifadə bacarığı;MS Office proqramlarında sərbəst işləmə bacarığı;HRM/ERP sistemləri (1C, SAP, Oracle və s.) ilə iş təcrübəsi üstünlükdür;Əmək qanunvericiliyinin işə qəbul prosesləri ilə bağlı əsas müddəaları üzrə biliklər;Güclü kommunikasiya, analitik düşünmə, təşkilatçılıq və komanda ilə işləmə bacarıqları. Vakansiya növü: Tam ştat Şirkət: Baku Steel Company Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/bakusteel/bakusteel-ise-qebul-uzre-mutexessis-71378416/apply
REKLAM