Prayk
İşə qəbul üzrə təcrübəçi — Təhsil və elm, Bakı
Razılaşma yolu ilə

İşə qəbul üzrə təcrübəçi

YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Təhsil və elm
Tarix
Baxışlar
1
Nömrə
№6152170

Təsvir

İşə qəbul prosesinin müxtəlif mərhələlərində dəstək göstərilməsi;Vakansiyaların müvafiq platformalarda yerləşdirilməsi və namizədlərin axtarış prosesində iştirak edilməsi;Namizədlərin ilkin qiymətləndirilməsi və vakansiya tələblərinə uyğun namizədlərin müəyyənləşdirilməsinə dəstək göstərilməsi;Namizədlərlə ilkin əlaqənin yaradılması, müsahibələrin planlaşdırılması və koordinasiyası;Namizəd bazasının və ATS sistemindəki məlumatların mütəmadi olaraq yenilənməsi;Müsahibə və qiymətləndirmə proseslərinin təşkilində iştirak edilməsi;İşə qəbul üzrə hesabatların hazırlanmasına dəstək göstərilməsi;İşə qəbul şöbəsinin gündəlik fəaliyyətində və digər HR layihələrinin həyata keçirilməsində iştirak edilməsi. İş şəraiti:İş qrafiki: Həftədə 5 iş günü;İş rejimi: Part-time (natamam iş günü). Tələblər: Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, İqtisadiyyat, Psixologiya və ya əlaqəli sahələr);İşə qəbul sahəsinə və İnsan Resursları istiqamətində karyera qurmağa yüksək maraq;Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları;Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya;Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı, rus və ya ingilis dillərindən ən azı birini yüksək səviyyədə yazılı və şifahi bilmək;MS Office proqramlarından yaxşı istifadə bacarığı;Dinamik iş mühitində işləmək və bir neçə tapşırığı paralel idarə etmək bacarığı. Qeyd: Təcrübə proqramının müddəti 3 aydır və ödənişlidir. Proqrama yalnız bakalavriat üzrə sonuncu kurs tələbələri və magistratura üzrə I–II kurs tələbələri müraciət edə bilərlər. Vakansiya növü: Yarım ştat Vəzifə səviyyəsi: Tələbə Şirkət: Kontakt Home Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/abc-telecom/abc-telecom-ise-qebul-uzre-tecrubeci-6414684/apply
REKLAM