
Bakı6
İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis
İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis
1 500 ₼
YoxlanılıbBu gün
ŞəhərBakı
Tarix
Baxışlar6
Nömrə№6148150
Təsvir
Əsas vəzifə öhdəlikləri
Şirkətin struktur bölmələri üzrə işçi tələbatının müəyyənləşdirilməsi və vakansiya sorğularının koordinasiyası;
Vakansiyalar üzrə namizədlərin axtarışı, CV-lərin təhlili və ilkin seçim prosesinin həyata keçirilməsi;
İş elanlarının hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi;
Namizədlərlə ilkin müsahibələrin keçirilməsi və qiymətləndirilməsi;
Struktur rəhbərləri ilə müsahibələrin təşkili və koordinasiyası;
Seçilmiş namizədlərə iş təkliflərinin hazırlanması və təqdim edilməsi;
İşə qəbul üçün tələb olunan sənədlərin toplanması və rəsmiləşdirmə prosesinin koordinasiyası;
Yeni əməkdaşların şirkətə inteqrasiyası və adaptasiya prosesinin təşkili;
Sınaq müddətinin qiymətləndirilməsi prosesinin koordinasiyası;
İşə qəbul və adaptasiya prosesləri üzrə hesabatların hazırlanması və məlumat bazasının yenilənməsi.
Namizədə dair tələblər
Ali təhsil;
HR sahəsində minimum 3-5 il iş təcrübəsi;
İşə qəbul və adaptasiya prosesləri üzrə praktiki bilik və təcrübə;
Müsahibələrin aparılması və namizədlərin qiymətləndirilməsi bacarığı;
Əmək qanunvericiliyi üzrə ilkin biliklər;
MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
Yüksək kommunikasiya, planlaşdırma və təşkilatçılıq bacarıqları;
Analitik düşünmə və komanda ilə işləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı. Rus və ingilis dillərini bilmək üstünlükdür.
İş şəraiti
İş yeri: Çıraq Plaza;
Əməkhaqqı: 1500–2000 AZN (net);
İş rejimi: 5 günlük iş həftəsi;
Əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilir.
Tələblərə uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İşə qəbul və yeni əməkdaşların adaptasiyası üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim etmələri xahiş olunur.
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/207393/ise-qebul-ve-yeni-emekdaslarin-adaptasiyasi-uzre-mutexessis
REKLAM









