Prayk

İstehsalat meneceri

2 000 ₼
YoxlanılıbDünən
Şəhər
Bakı
Tarix
Baxışlar
4
Nömrə
№4947330

Təsvir

Şəhər: Bakı, Azərbaycan Şirkət: Prime Line MMC Paylaşıldı: 19.10.2026 Son Gün: 19.11.2026 İş şəraiti İş yeri: Lökbatan, Bakı; İş qrafiki: 6 günlük iş həftəsi; Əməkhaqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən razılaşdırılır; Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini mövzu yerinə "İstehsalat Meneceri" yazaraq [email protected] elektron ünvanına göndərə bilərlər. Tələblər: Ali texniki təhsil (mexanika, maşınqayırma, inşaat mühəndisliyi və ya əlaqəli sahələr üzrə); Metal emalı və ya metal konstruksiyaların istehsalı sahəsində minimum 5 il iş təcrübəsi; İstehsalat sahəsində rəhbər vəzifədə minimum 3 il idarəetmə təcrübəsi; Metal konstruksiyaların hazırlanması, qaynaq, kəsim, əymə və montaj texnologiyaları üzrə praktiki biliklər; Lazer kəsim, abkant və CNC avadanlıqlarının iş prinsipləri üzrə biliklər; Texniki cizgiləri və istehsalat sənədlərini oxumaq və anlamaq bacarığı; İstehsalat proseslərinin planlaşdırılması, işçi heyətinin idarə edilməsi və resursların bölüşdürülməsi bacarığı; İstehsalat keyfiyyətinə nəzarət və texniki təhlükəsizlik qaydaları üzrə biliklər; MS Excel və AutoCAD proqramlarında işləmək bacarığı; İstehsalat xərclərinin, material sərfiyyatının və məhsuldarlıq göstəricilərinin təhlili bacarığı; Analitik düşünmə, təşkilatçılıq, liderlik və komanda idarəetmə bacarıqları; Məsuliyyətlilik, operativ qərarvermə və problemlərin həlli bacarığı. Vəzifə öhdəlikləri: İstehsalat proseslərinin planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək; Sifarişlər üzrə istehsalat planlarını və iş qrafiklərini hazırlamaq, işlərin vaxtında icrasına nəzarət etmək; Metal konstruksiyaların texniki cizgilərə, layihə tələblərinə və keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək; Lazer kəsim, əymə, qaynaq və digər metal emalı proseslərinin səmərəli təşkilinə nəzarət etmək; İstehsalat avadanlıqlarının, xammalın və digər resursların səmərəli istifadəsini təmin etmək; İstehsalat işçilərinin fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək; Hazırlanmış metal konstruksiyaların sifarişçi obyektlərində montaj işlərini təşkil etmək və prosesin vaxtında tamamlanmasını təmin etmək; İstehsalat prosesində keyfiyyətə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək; İstehsalat xərclərini və material sərfiyyatını izləmək, itkilərin azaldılması və məhsuldarlığın artırılması istiqamətində tədbirlər görmək; Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və texniki xidmət işlərinin vaxtında həyata keçirilməsini təşkil etmək; İstehsalat zamanı yaranan problemləri operativ həll etmək və iş prosesində fasilələrin minimuma endirilməsini təmin etmək; İstehsalatın gedişi, sifarişlərin icra vəziyyəti və nəticələr barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək. Maaş: 2000-2500 AZN Yaş: 25-35 Təhsil: Ali İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© Primeline MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp