Prayk

İstehsalat rəisi

1 800 ₼
YoxlanılıbDünən
Tarix
Baxışlar
8
Nömrə
№5821478

Təsvir

Vəzifə öhdəlikləri: İstehsalat sifarişlərinin layihə və texniki çertyojlara uyğun icrasını təmin etmək. Layihələr üzrə iş həcmini və icra müddətlərini müəyyənləşdirmək, işlərin mərhələlər üzrə planlaşdırılmasında iştirak etmək. Konstruktor, usta, qaynaqçı, cilalayıcı və digər əməkdaşlar arasında iş bölgüsünü və iş vaxtının düzgün planlaşdırılmasını təmin etmək. Hər bir layihə və iş mərhələsi üzrə nəzərdə tutulan vaxtlara nəzarət etmək, gecikmələrin qarşısını almaq və istehsalat qrafikinə uyğunluğu izləmək. Paralel icra olunan layihələr üzrə əmək və resurs bölgüsünü koordinasiya etmək, prioritetləri müəyyənləşdirmək və istehsalatın fasiləsiz işini təmin etmək. Xammal, material və avadanlıq ehtiyaclarını müəyyənləşdirmək, anbar ehtiyatlarına nəzarət etmək. Material sərfiyyatını hesablamaq, itkiləri minimuma endirmək və istehsalat xərclərinə nəzarət etmək. Anbar, satınalma, layihələndirmə və quraşdırma komandaları ilə koordinasiyanı təmin etmək. Hazır məhsulun keyfiyyətinə, ölçü dəqiqliyinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək. İstehsalatın məhsuldarlığı və material sərfiyyatı üzrə hesabatlar hazırlamaq. Namizədə tələblər: Müvafiq sahədə təcrübə. İstehsalat proseslərinin vaxt üzrə planlaşdırılması, işçi resurslarının düzgün bölüşdürülməsi və icra müddətlərinə nəzarət bacarığı. AutoCAD proqramında sərbəst işləmək bacarığı. Bir neçə layihənin eyni vaxtda idarə olunması, hər bir layihə üzrə iş mərhələlərinə və əməkdaşların sərf etdiyi vaxta nəzarət etmək bacarığı. İstehsalat və anbar proqramlarında işləmək bacarığı. MS Excel proqramında cədvəllər, formulalar, material uçotu və hesabatlarla işləmək bacarığı. Yüksək məsuliyyət, dəqiqlik və analitik düşüncə. İş şəraiti: Qrafik: 6\1 Ünvan: Kənd Əhmədli Əmək haqqı: 1800-2000 AZN Qeyd: Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə tutulur. Sınaq müddətinin uğurla başa çatdırılmasından sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir. Müraciət üçün CV faylınızı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 051 240 06 06 nömrəsinə İstehsalat rəhbəri başlığı ilə göndərməyiniz xahiş olunur. Maaş: 1800 AZN Son müraciət tarixi: 10.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© AN Production jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp