
5
Junior Data Analyst / Kiçik Data Analitik

700 ₼
Junior Data Analyst / Kiçik Data Analitik
YoxlanılıbBu gün
Təsvir
Vəzifə öhdəlikləri:
Biznes prosesləri ilə tanış olmaq, məlumat mənbələrinin müəyyənləşdirilməsində iştirak etmək
Müxtəlif biznes istiqamətləri üzrə məlumatların toplanması və ilkin analizinin aparılması.
Proseslərdə müşahidə olunan kənarlaşmaların müəyyən edilməsi və nəticələrin bölmə müdirinə təqdim olunması.
Data keyfiyyətinin yoxlanılması: çatışmayan, təkrar və uyğunsuz qeydlərin aşkar edilməsi və bildirilməsi.
KPI göstəriciləri və idarəetmə tabloları üçün məlumatların hazırlanmasına dəstək göstərilməsi.
Məsul olduğu analitik tapşırıqların nəticələrini və layihə üzrə gördüyü işləri müstəqil və ya bölmə rəhbəri ilə birlikdə təqdim edə bilməsi.
Analitik nəticələr əsasında qərarın bölmə müdiri tərəfindən verilməsi, işlərin icrasına nəzarətin isə şöbə müdiri tərəfindən həyata keçirilməsi.
Namizədə tələblər
Yaş: 25 – 40;
Data analitikası, statistika, riyaziyyat, informasiya texnologiyaları və ya mühəndislik üzrə ali təhsil (və ya müvafiq sahədə təhsil alan tələbə).
Data analitikası və ya məlumatlarla iş sahəsində ilkin təcrübə (təcrübə proqramı və ya praktiki layihələr üstünlükdür).
SQL — baza və ya orta səviyyə.
Python — baza səviyyəsi (Pandas kitabxanası ilə işləmək bacarığı üstünlükdür).
Excel — orta səviyyə; Power BI və ya digər vizuallaşdırma alətləri üzrə ilkin biliklər.
Məlumatların toplanması, təmizlənməsi və təhlili üzrə ilkin biliklər.
Biznes prosesləri və əsas performans göstəriciləri (KPI) haqqında ümumi anlayış.
İngilis dili — pre-intermediate və yuxarı.
Analitik düşüncə, diqqətlilik, problem həll etmə və öyrənməyə açıqlıq.
İş rejimi və əmək haqqı:
Əmək haqqı – ilkin 700 AZN
İş qrafiki: həftə içi 5 gün (saat 09:30-dan 17:30-dək)
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Junior Data Analyst / Kiçik Data Analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Maaş: 700 AZN
Son müraciət tarixi: 27.12.2026
Elanın mənbəyi
Orijinal elanı aç© M-Trans jobsearch.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM












