Prayk

Kamera Müşahidə Operatoru

Razılaşma yolu ilə
Yoxlanılıb3 həftə əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
26
Nömrə
№4963410

Təsvir

Tələblər: Ali və ya orta  ixtisas təhsil səviyyəsi Təhlükəsizlik sahəsində və ya müşahidə kameraları ilə işləmək sahəsində minimum 1 il iş təcrübəsi; Yüksək diqqətlilik və məsuliyyət hissi; Müşahidə qeydlərini dəqiq və sistemli şəkildə aparmaq bacarığı; Komanda ilə işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı; Kompüter bilikləri (əsas ofis proqramlarında işləmə bacarığı) arzuolunandır; Öhdəliklər: Məktəbin bütün müşahidə kameralarının fasiləsiz və düzgün işləməsinə nəzarət etmək. Kameralar vasitəsilə kompleksin giriş-çıxış qapılarını, daxili ərazilərini və perimetrini daimi izləmək. Şübhəli hərəkət, intizam pozuntusu və ya təhlükə halları aşkar edildikdə dərhal növbə rəisinə və ya gözətçilərin koordinatoruna məlumat vermək. Gündəlik müşahidə və nasazlıq qeydlərini müvafiq jurnalda qeyd etmək. Şagirdlərin, heyətin və qonaqların təhlükəsizliyinin təmin olunmasına kamera müşahidəsi vasitəsilə dəstək vermək. Kamera otağında konfidensiallıq və etik davranış prinsiplərinə ciddi riayət etmək. Gözətçilərin koordinatoru tərəfindən verilən aidiyyəti digər tapşırıqları yerinə yetirmək (məsələn: video yazılışlara baxmaq, baş vermiş hadisələri kameralardan araşdırmaq, itirilmiş əşyaların tapılmasına kömək göstərmək). Biz təklif edirik: Rəqabətədavamlı əməkhaqqı Məktəbin yeməkxanasında nahar imkanı Ödənişsiz dayanacaq yeri ilə təmin olunma Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər. E-poçtun mövzu hissəsində “Kamera Müşahidə Operatoru” vəzifəsini qeyd etməyiniz xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/200213/kamera-musahide-operatoru
REKLAM